Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sarı jiletlilər” 30-cu həftədir ki, Fransa küçələrindən çəkilmir

Yanacaq qiymətinin artırılmasına və ağır iqtisadi vəziyyətə görə Fransanın müxtəlif şəhərlərində etirazlara başlayan “sarı jiletlilər” artıq 30-cu həftədir ki, küçələrdən çəkilmirlər

CNN xəbər verir ki, Parisin Sankt-Denis küçəsindən Bobignyə istiqamətlənmiş nümayişçilər polisə daş və şüşə qırıntıları atıblar.

Nümayişi dağıtmağa çalışan polis isə etirazçılara qarşı bibər qazından istifadə edib.

Dijon şəhərində etirazlardan 12 nəfərin saxlanıldığı, bir polisin isə yaralandığı bildirilir.

Monpeliedə də polislə nümayişçilər arasında toqquşma olub. Burada 5 etirazçı, 9 polis yaralanıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə daxilində nümayişlərə 10 min 300 nəfər qatılıb. “Sarı jiletlilər” isə bu rəqəmin 19 min 654 olduğunu bildirib.

Qeyd edilib ki, nümayişlərdə bu günə qədər 11 nəfər öldürülüb, 797 polis, 4 min 245 nəfər etirazçı yaralanıb. 12 min 107 nəfər isə nümayişlər zamanı saxlanılıb. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar