Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken Qəzza müharibəsi başlayandan ilk dəfə İsraili ən kəskin şəkildə tənqid edib

ABŞ dövlət katibi Entoni Blinken Konqtesdə bildirib ki, İsrailin hərəkətləri Fələstin anklavında mülki insanların ölümünə səbəb olub...

ABŞ dövlət katibi Entoni Blinken İsrailin Qəzza zolağındakı hərəkətlərinə dair Vaşinqtonun indiyədək ən kəskin tənqidini səsləndirib.

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyinin məlumatında bildirilir. Agentlik qeyd edir ki, Bayden administrasiyasının rəsmisi İsrail qüvvələrinin müharibə taktikasının “günahsız mülki əhalinin dəhşətli ölümü ilə” nəticələndiyini bəyan edib.

Eyni zamanda, ABŞ dövlət katibi əlavə edib ki, israillilər HƏMAS-ın bütün liderlərini və yaraqlılarını zərərsizləşdirə bilməyiblər. Blinken qeyd edib ki, Ağ Ev müharibədən sonra Fələstin anklavının təhlükəsizliyini və idarəçiliyini təmin etmək üçün İsraildən etibarlı planlar gözləyir.

Blinken onu da vurğulayıb ki, HƏMAS yaraqlıları Qəzza zolağının İsrail əsgərlərinin artıq təmizlədiyi bəzi hissələrində yenidən peyda olublar. Dövlət katibi əlavə edib ki, Rəfah əməliyyatı Birləşmiş Ştatların Yaxın Şərqdəki ən yaxın müttəfiqini davamlı üsyanla üz-üzə qoya bilər.

Blinkenə görə Rafahdakı hərbi əməliyyat ilkin uğur qazana bilər. Lakin Ağ Evdə hesab edirlər ki,bu, əsas problemi həll etməyəcək və HƏMAS-ın Qəzza zolağı üzərində yenidən hakimiyyətə gəlməyəcəyinə zəmanət verə bilməyəcək.

Qeyd edək ki, mayın əvvəlində Amerika administrasiyası İsrailə müəyyən növ hücum silahlarının tədarükünü dayandırıb. İsrailin baş naziri cavabında bildirib ki, lazım gələrsə, İsrail dövləti təkbaşına döyüşəcək. İsrail ordusu da bildirib ki, Rəfahda əməliyyat keçirmək üçün kifayət qədər silahı var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Rusiya bazarında satılan erməni konyaklarının 90 faizi təhlükəlidir

Ən çox oxunanalar