Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə danışıqlar: Nuland Putinin taktikası barədə xəbərdarlıq edib...

Ukraynanın Rusiya ilə bağlayacağı istənilən müqavilə rus qoşunlarının öz ərazisindən çıxarılmasını nəzərdə tutmalıdır...

Poliqon xəbər verir ki, bunu Politico nəşrinə müsahibəsində Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibinin müavini Viktoriya Nuland deyib.

O, əmindir ki, Ukrayna Putini çaşdıracaq və onu danışıqlar masasına oturmağa məcbur edəcək "güc mövqeyinə" nail ola biləcək.

"Ukrayna xalqının ərazi ambisiyalarının necə olması onlardan asılı olacaq. Amma ekzistensial əhəmiyyət kəsb edən şeylər var. Onların öz və qlobal maraqları baxımından bağladıqları hər hansı razılaşma Putinin əməl etməyə məcbur olacağı bir razılaşma olmalıdır", deyə Nuland Ukraynanın bütün ərazilərini qaytara bilməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.

Nuland qeyd edib ki, Putin ABŞ-da "ip-a-dope danışıqları" (rəqibin zədəsiz zərbələr endirdiyi, rəqibin nəfəs almasına imkan verən boks matçının texnikası-red.) adlanan işin ustasıdır.

"O, heç vaxt sövdələşmə etmir. Bu, Krımla bağlı nə qərar verilsə də, Ukraynanın ürəyində xəncərə çevriləcək şəkildə yenidən hərbiləşdirilməməsini təmin edən saziş olmalıdır", deyə Nuland əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar