Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məişət zorakılığının qarşısının alınmasında medianın rolu” mövzusunda tədbirlər keçiriləcək

“Məişət zorakılığının qarşısının alınmasında medianın rolu” mövzusunda tədbirlər keçiriləcək. Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəylik Komitəsi İctimai Birliyi (AJHKİB) tərəfindən icra olunan ““Məişət zorakılığının qarşısının alınmasında medianın rolunun artırılması” adlı layihə çərçivəsində icra olunacaq. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Mədət Məmmədov bildirib ki, məişət zorakılığı mövzusunda məlumat hazırlamağın prinsiplərini ehtiva edən nəzəri fikirlər mövcuddur.  Bu prinsiplər Jurnalistlərin Etik Davranış Kodeksində,   “Media haqqında” qanunda, digər normativ hüquqi aktlarda və beynəlxalq sənədlərdə əksini tapıbdır: “Amma internet informasiya resurslarının inkişafı, yeni media mühitinin formalaşması məişət zorakılığı haqqında informasiya yayımaq şərtlərinə yenidən baxılması zərurətini yaradır. Təəssüf ki, bəzən  məişət zorakılığına məruz qalmış şəxslərin hekayələri sensassiya yaratmaq, auditoriya cəlb etmək naminə kontekstdən çıxarılır, yanlış şərhlər verilir. Bəzi informasiyalarda isə zorakılığa haqq qazandırılır. Bu isə məişət zorakılığının getdikcə artmasını stimullaşdırır. Məişət zorakılığı ilə mübarizədə KİV-lərin fəaliyyətinin düzgün istiqamətə yönləndirilməsi üçün KİV işçilərinin özlərinin təlimatlandırılması zəruridir. Hazırladığımız layihə KİV işçilərinin, ümumilikdə xəbər istehsalçılarının məişət zorakılığına qarşı mübarizə mövzusunda təlimatlandırılmasını nəzərdə tutur”.

Mədət Məmmədov qeyd edib ki, layihə üç ay müddətində icra ediləcək: “Bu müddət ərzində məişət zorakılığı haqqında informasiya yayımını ehtiva edən müasir nəzəri fikirlər araşdırılacaq. Toplanmış materiallar ekspertlərin iştirakı ilə ümumiləşdiriləcək, məqalə halına salınaraq, dərc ediləcək. Bundan əlavə, Bakı və Mingəçevir şəhərlərində jurnalistlər, QHT təmsilçiləri  və sosial media  fəallarının iştirakı ilə seminarların keçirilməsi planlaşdırılıb”.

AJHK İB Mətbuat Xidməti

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ən çox oxunanalar