Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda taksi qiymətləri niyə bahalaşıb?

Son günlər Bakıda taksi xidməti qiymətlərində bahalaşma müşahidə edilir...

Qiymətlərin bahalaşması bir neçə səbəblə izah olunur. Bahalaşmanı taksi sürücüləri də təsdiqləyirlər.

Poliqon xəbər verir ki, məsələni Trend-ə şərh edən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, yeni qərar qiymət artımına təsir edib.

"Taksi xidməti ilə məşğul olan operatorlar artıq 1999-2000-ci illərin istehsalı olan avtomobilləri sistemdə bloklamağa başlayıb. Bu proses 2010-cu il istehsalı olan avtomobillərə də mərhələli şəkildə tətbiq ediləcək. Bununla taksi fəaliyyəti ilə məşğul olan şəxsdən yeni avtomobildən istifadə edilməsi tələb olunacaq. Həmin şəxslər məcburən ili təzə olan avtomobil almalı olacaq.

Belə avtomobillər də bahadır. Bütün bu xərclərin qarşılığında taksi fəaliyyəti göstərən şəxs ucuz qiymətə sərnişin daşımaq istəmir. Taksi operatorları da sərnişinlərə ekonom, biznes-klas, VİP xidmət təklif edir. Təzə avtomobillə heç kim ekonom xidmətə qoşulmaq istəmir. Belə olduqda qiymətlər bahalaşır. Taksi sürücülərini də qınamaq olmaz", - o bildirib.

Ekspert qeyd edib ki, paytaxtda ictimai nəqliyyat qaydasında deyil.

"Yaxın zamanlarda bu problemin həllini gözləmək olmaz. Bu proseslər paralel şəkildə aparılsaydı, daha yaxşı nəticə əldə etmək olardı. Qəbul edilən qərarlar və qanunlar fonunda taksi fəaliyyəti ilə məşğul olanlar azalır. Bu qərarlar dünyanın bir çox ölkələrində tətbiq edilir. Lakin orada ictimai nəqliyyat yüksək səviyyədə fəaliyyət göstərir və çeşidləri çoxdur.

Əvvəllər taksi ilə 5 manata gedə biləcəyimiz məsafəni indi 8 manata gedirik. Bu da çox ciddi rəqəmdir və taksi xidmətinin bahalaşmasının əyani göstəricisidir", - deyə o qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib.

Poliqon.info


Etiket: taksi qiymət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ən çox oxunanalar