Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şahdəniz”dən hasil edilən qazın miqdarı açıqlandı - Video

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasilatın başlanğıcından indiyədək ümumilikdə 200 milyard kubmetr qaz əldə olunub...

“BP-Azerbaijan”dan verilən məlumata görə, 200 milyardıncı kubmetr qaz avqustun 26-da, yəni yataqdan ilk kommersiya qazının çıxarıldığını və Cənubi Qafqaz boru kəmərinin istismara verildiyini elan ediləndən 16 il yarım sonra əldə olunub.

15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri “Şahdəniz” Mərhələ-1 qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.

“Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni “Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.

“Şahdəniz-2” layihəsinin işə salınması Azərbaycana öz enerji tarixində ilk dəfə olaraq Avropanın əsas qaz təchizatçılarından birinə çevrilmək imkanı yaradıb. 2020-ci ilin dekabrından başlayaraq “Şahdəniz” qazı Avropa bazarlarına nəql olunur və Avropa üçün yeni enerji təchizatı mənbəyi kimi Avropanın enerji bazarını şaxələndirir və enerji təhlükəsizliyini artırır. Ümumilikdə, “Şahdəniz-2” çərçivəsində Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə və Avropa bazarlarına ildə 16 milyard kubmetr qaz təchiz edilir.

2023-cü il “Şahdəniz” üçün daha bir əlamətdar ildir. Bu ilin dördüncü rübündə yatağın şərq-şimal cinahının istismara verilməsi planlaşdırılır ki, bununla da yataqda əlavə “Şahdəniz-2” quyuları işə salınacaq.

Hazırda “Şahdəniz Alfa” (11 quyu) və “Şahdəniz Bravo” (14 quyu) - platformalarından ümumilikdə gündə orta hesabla 72,6 milyon kubmetr qaz hasil edilir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov:

“BP olaraq “Şahdəniz”lə qürur duyuruq. Bu, dünya səviyyəli nəhəng bir yataqdır, lakin eyni zamanda istismar baxımından ən çətinlərdən biridir. Bununla belə, onun işlənməsi zamanı üzləşdiyimiz çətinliklərə baxmayaraq, ən mürəkkəb hövzələrdən birində ən çətin quyuları qazmağın və yatağı regional və qlobal bazarlarla birbaşa əlaqələndirmək üçün dünya səviyyəli infrastruktur qurmağın öhdəsindən gələ bildik”.

Onun sözlərinə görə, bütün bunlara təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və səmərəli şəkildə nail olunub:

“Şahdəniz” sıfır emissiya məqsədimizə doğru irəliləyərkən enerji keçidi istiqamətində həm BP-nin, həm də Azərbaycanın səylərinə töhfə verən dəyərli bir layihədir.

İnanırıq ki, “Şahdəniz”in böyük gələcəyi var. Hazırda biz “Şahdəniz”də mövcud məhsuldar layların altındakı “Pre-Fasila” layına yeni bir quyu qazırıq. Ümid edirik ki, həmin quyu “Şahdəniz”in uzunmüddətli hasilat ömrünü təmin etmək planlarımıza dəstək verməklə yeni işlənmə imkanları yaradacaq”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay