Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazir məhkəmədə haqqında səslənən iddialara cavab verib

Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məhkəmədə haqqında səslənən iddialara cavab verib...

H.Bağırovun hüquqi təmsilçisi Anar Razayev APA-ya açıqlamasında bu iddiaları cəfəngiyyat adlandırıb: “Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə istintaqı aparılır. Təqsirləndirilən şəxslərdən biri nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənovdur. Onunla birlikdə Departamentin baş mühasibi İlqar Hacıyev də cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə iclaslarında baş mühasibin keçmiş ekologiya naziri Hüseynqulu Bağırov barəsində verdiyi bəyanatlar həqiqəti əks etdirməməklə yanaşı, diqqəti yayındırmaq, ittiham aktında təqdim olunan faktlar ətrafında spekuliyasiyalar etməklə məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil.

Açıqlamalarda ən bəsit ziddiyyətlər açıq-aydın görünür. 2018-ci ilin oktyabr-noyabr aylarında həyata keçirdikləri “əməliyyatları” Hüseyn Bağırovun adı ilə əlaqələndirmək ən sadə məntiqlə də gülünc görünür. Külli miqdarda mənimsəmə və israfetmə, o cümlədən də vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı cinayətlərində ittiham edilən şəxslər Hüseyn Bağırovun işlədiyi dövrdə deyil, onun tutduğu vəzifədən ayrıldıqdan sonrakı (sabiq nazir tutduğu vəzifədən 2018-ci ilin aprel ayında ayrılmışdır) dövrdə - 2018-ci ilin may ayından həmin ilin dekabr ayınadək, xüsusilə də həmin ilin avqust, sentyabr, oktyabr və noyabr aylarında törətdikləri cinayətlərə görə təqsirləndirilməkdədirlər. Birmənalı şəkildə bildiririk ki, məhkəmədə səsləndirilənlər həqiqəti əks etdirmir və deyilənləri qətiyyətlə rədd edirik. Görünür, təqsirləndirilənlər və onları təmsil edən şəxslər inanırlar ki, ağlasığmaz iftiralardan, cəfəngiyyatlardan ibarət bəyanatlar məsuliyyətdən yayınmaqda onlara kömək edəcək”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Ən çox oxunanalar