Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın parçalanması: Qərb ekspertləri ehtimal olunan vaxtı proqnozlaşdırbılar...

Rusiya Ukraynanın işğalı, eləcə də Qərbin sanksiyaları səbəbindən xeyli zəifləyib…

PİA.az xəbər verir ki, bu barədə Financial Times-ın təhlil maqələsində bildirirlir. Nəşrə danışan ekspertlər hesab edirlər ki, Ukrayna ilə müharibədəki uğursuzluqlar, eləcə də Qərbin sanksiyaları nəticəsində Rusiyanın dağılması variantı var. Sorğu Amerikanın “Atlantic Council” Analitik Mərkəzinin ekspertləri arasında aparılıb.

Qərb ekspertləri Rusiyanın ehtimal olunan dağılmasının əsas səbəbləri arasında bunları müəyyən edirlər: inqilab, vətəndaş müharibəsi və siyasi dağılma…

Məqalənin müəllifləri vurğulayırlar ki, Rusiya artıq 11 ay əvvəl Ukraynaya müdaxilə edən ölkə deyil və bu müddətdə sanksiyalar və ixrac nəzarəti nəticəsində Rusiya xeyli zəifləyib. Ekspertlər qeyd ediblər ki, Rusiyanın istehsal potensialının durmadan azalması, ölkənin 11 ay müddətində on il geriyə atıldığı da diqqəti cəlb edir.

“Ukrayna müharibəsi Rusiya üçün daxili problemlərin açıq göstəricisi olaraq inkişaf edir. Müharibə təkcə Rusiya rəhbərliyi üçün deyil, bütövlükdə Rusiya dövləti üçün bumeranq nəticələrinin ola biləcəyi ehtimalını açıq şəkildə göstərir”, deyə “Atlantic Council” Analitik Mərkəzinin proqnozlaşdırma direktorunun müavini Peter Engelke bildirib

Rusiyanın dağılması

Financial Times-ın məqaləsində bildirilir ki, Rusiya Təhlükəsizlik Şurası prezident Vladimir Putinə Rusiyanın süqutunun çox erkən başlamasının riskləri barədə xəbərdarlıq edib. Müvafiq hesabat Rusiya prezidentinə təqdim edilib və bu hesbatın təfərrüatlarını Kremldən tez-tez insayder məlumatları paylaşan “General SVR” Telegram kanalı açıqlayıb. Rusiya Təhlükəsizlik Şurasının ekspertlərinin fikrincə, Tatarıstan Respublikası Rusiyadan ilk ayrılan ölkə ola bilər.

Rusiyalı müxalifətinin təmsilçilərindən biri olan hüquq müdafiəçisi Mark Feyqin bildirib ki, Rusiyanın dağılması bir neçə amildən asılıdır. Xüsusilə, bu, indiki müharibənin nəticəsi olaraq meydana çıxa bilər.

ABŞ-ın Avropa qitəsindəki ordu korpusunun keçmiş komandanı general Ben Hodces hesab edir ki, Rusiya Ukraynaya qarşı müharibədə məğlub olacağı təqdirdə parçalana bilər: “Müharibə bitdikdən sonra Rusiyanın ərazisində yeni dövlətlər yaranacaq”, deyə general Hodces vurğulayıb.

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikov Rusiyanın 5 ildən sonra mövcudluğuna son veriləcəyi qənaətindədir. Onun sözlərinə görə, işğalçı ölkə suveren respublikaların “paradı” ilə süqut edəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay