Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın “kölgə donanması” Ukrayna limanlarını qarət edir...

Rusların “kölgə donanması”na hər ay 25-dən 35-ə qədər gəmi daxil olur. Ümumilikdə Rusiya neftinin nəqli üçün 600-ə yaxın tankerdən (dünya bazarının 10%-i) istifadə olunur...

“Rus işğalçıları Ukrayna limanlarını qarət etdikləri “kölgə donanması” adlanan sistemdən istifadə edirlər”.

Poliqon xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk telemarafonun efirində bildirib. Qeyd edib ki, məhz Berdyansk və Mariupol limanlarına daxil olan rusların “kölgə donanması”dır.

Rusiyanın Beynəlxalq limanlara girməyən “kölgə donanma” deyilən bir donanma var. Beynəlxalq dəniz qanunlarını pozaraq AİS-i söndürməklə istifadə olunur. Berdyansk və Mariupol limanlarına daxil olurlar. Taxıl və metalı ora yükləyirlər. Sonra onu öz limanlarına aparır və ixrac etmək üçün onu leqallaşdırmağa çalışırlar”, deyə Pletençuk bildirib.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında KİV-də Rusiyanın maraqları naminə neft daşımaq üçün sahibləri naməlum tankerlərdən ibarət “kölgə donanması” yaradıldığı barədə məlumatlar yayılıb. 3 dekabr 2022-ci il tarixindən etibarən Rusiya Federasiyası sanksiyalar altında neft ixrac etmək üçün yüzlərlə tankerdən ibarət "kölgə donanması" yaradıb.

2023-cü ilin martında məlum oldu ki, Rusiya “kölgə donanması”nın satyını artırıb. Rusların “kölgə donanması”na hər ay 25-dən 35-ə qədər gəmi daxil olur. Ümumilikdə Rusiya neftinin nəqli üçün 600-ə yaxın tankerdən (dünya bazarının 10%-i) istifadə olunur.

Tankerlər avropalılar tərəfindən Rusiyanın Ukraynanı işğalından sonra Yaxın Şərq və Asiyada şirkətlərə satılıb. Rusiya İran və Venesuela şirkətlərinə məxsus tankerlərdən də istifadə edir. Əksər hallarda gəmilərdə ölçüləri və marşrutu müəyyən etməyə imkan verən avtomatik identifikasiya sistemini (AİS) söndürür, ona görə də onları izləmək demək olar mümkün olmur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay