Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın dünyaya yeni taxıl təhdidi... - ABŞ Moskvanın şərtlərini qəbul edəcək?

Rusiya Federasiyası sistemli problemlər həll olunmazsa, mayın 18-dən sonra “taxıl müqaviləsi”ni uzatmağa ehtiyac duymur...

İqtisadçı-ekspert: “Rusiya “taxıl müqaviləsi”ndən çıxsa və taxılla bağlı problemlər yaransa, bu zaman Moskva Vaşinqtonun digər təzyiqləri ilə üzləşəcək”.

ABŞRusiyanın bir-birinə qarşı döyüşü iqtisadi sferada davam edir”.

Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov Rusiyanın “taxıl müqaviləsi”nin uzadılması üçün açıqladığı şərtlərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya “taxıl müqaviləsi”nin uzadılması üçün şərtlərini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin portalında yerləşdirilən məlumatda bildirilir ki, Rusiya Federasiyası sistemli problemlər həll olunmazsa, mayın 18-dən sonra “taxıl müqaviləsi”ni uzatmağa ehtiyac olmayacaq. “Sistemik problemlər” sırasına Rosselxozbank-ın SWIFT sisteminə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının logistikasının - ehtiyat hissələrinin və servis xidmətinin bərpası, limanlara giriş qadağasının aradan qaldırılması daxildir.

Bu şərtləri nə qədər ədalətli hesab etmək olar və şərtlər qəbul edilməzsə, ərzaq qıtlığı hansı proseslərə təkan verə bilər?

Rusiyanın dünyaya yeni taxıl təhdidini Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Eldəniz Əmirov ilə müzakirə edib.

Eldəniz Əmirov: “Rusiya “taxıl müqaviləsi”ndən çıxsa belə, bu çox qısamüddətli olacaq”.

Rusiyanın dünyada taxıl tədarükündə problemin yaranmaması üçün ölkələrə mesaj göndərildiyini düşünən ekspert bildirib ki, Moskva taxıl tədarükünə toxunmadığını, onlar da Rusiyanın bankına toxunmaması xəbərdarlığını edir:

ABŞRusiyanın bir-birinə qarşı döyüşü iqtisadi sferada davam edir. ABŞ Rusiyaya sanksiyalarla təsir edərək onun iqtisadiyyatını zəiflətməyə çalışır. Mən deyərdim ki, bu alınır. Sadəcə bu sanksiyaların təsiri bir ilə, iki ilə bilinmir. Bu uzun müddətli bir prosesdir. Bir misal deyim. Axan çayın mənbəyində suyu bağlasaq dərhal mənsəbdə su dayanmayacaq. Bir müddət bəzən çayın tutumundan asılı olaraq müəyyən müddət axa bilər. Yəni müəyyən ehtiyatlar, müəyyən proseslər imkan verir k, sanksiyalara rəğmən müəyyən qədər iqtisadiyyat addımlasın, yerisin, məhv olmasın. Amma sanksiyalar davamlı olanda iqtisadiyyatı sözün həqiqi mənasında çökdürür.

Rusiya da bunun fərqindədir. Əvvəlki dönəmlərdə rus bankların SWIFT-dən çıxarılması ilə bağlı xəbərdarlıqlar ediləndə bu, Rusiya tərəfindən istehza ilə qarşılanırdı. Çünki deyirdilər bu mümkün deyil, bu Avropanı çökdürəcək, bu ABŞ-ı sıradan çıxaracaq. Amma biz müsahibələrimizdə deyirdik ki, bu sadəcə olaraq Rusiyanın özünə təsəlisidir, heç nə olmayacaq.

Sanksiyalar Qərbə, ABŞ-a, dünyaya təsir göstərirmirmi,? Sanksiyalar Rusiyaya təsir göstərmirmi? Bəli, göstərir. Amma bu təsir nə dərəcədədir? Bu təsir o dərəcədədir ki, təsəvvür edin yol ayrıcında bir piyadanı avtomobil vurub. Bu zaman avtomobilə də, piyadaya da zərər dəyib. Amma piyadaya dəyən zərərlər, avtomobilə dəyən zərər eyni deyil. Sanksiyalara görə də Qərbə dəyən zərərlə Rusiyaya dəyən zərər eyni deyil.

Eldəniz Əmirov: “Bütün hallarda 2022-ci ilin aprelin sonlarına doğru olan maksimum taxılın qiyməti düşünmürəm ki, yaxın bir neçə ildə təkrarlansın”.

Qeyd edim ki, ABŞ-ın taxılla bağlı heç bir problemi yoxdur. Sadəcə Rusiya taxıla ehtiyyac duyduğu ölkələri ABŞ-a qarşı qaldırmaq, onları ABŞ-dan narazı salmaq üçün və problemlərin ABŞ-da olduğunu göstərmək üçün şərt qoyur. Yəni Rusiya üçün hansısa ölkələrin ac qalması önəmli deyil. Rusiya üçün önəmli odur ki, ona sanksiya qoyulursa, o da taxıl istiqamətində problemlər yaradır. Rusiyanın atdığı addımın adı budur.

Rusiya dünyada taxıl tədarükündə problemin yaranmaması üçün ölkələrə mesaj göndərir ki, Moskva taxıl tədarükünə toxunmur, onlar da Rusiyanın bankına toxunmasınlar. Amma düşünürəm ki, bütün hallarda ABŞ Rusiyanın bu şərtini qəbul etməyəcək. Rusiya “taxıl müqaviləsi”ndən çıxsa və taxılla bağlı problemlər yaransa, bu zaman Moskva Vaşinqtonun digər təzyiqləri ilə üzləşəcək. Bu məsələnin birinci tərəfidir.

İkinci tərəfi isə, Rusiya “taxıl müqaviləsi”ndən çıxsa belə, bu çox qısamüddətli olacaq. Bütün hallarda 2022-ci ilin aprelin sonlarına doğru olan maksimum taxılın qiyməti düşünmürəm ki, yaxın bir neçə ildə təkrarlansın. Bu il mən bunu gözləmirəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay