Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı politoloq: “Paşinyan Putinlə hesablaşmaq istəmir”

“Ermənistanın siyasi palitrasını tamamilə dəyişdirmək mümkün deyil. Bəli, Paşinyan və onun tərəfdarlarının mövqeləri əhəmiyyətli dərəcədə güclənəcək. O, Parlamentdə üstünlük əldə edəcək”

Rusiyalı politoloq Vladimir Lepexin belə düşünür.

PİA.AZ onun “EADaily” saytına  müsahibəsini təqdim edir.

- Ermənistandakı siyasi dəyişikliklər fonunda Ermənistan-Rusiya münasibətlərinin vəziyyətini necə qiymətləndirirsiniz? O qənaətlə razısınızmı ki, ikitərəfli münasibətlərin siyasi hissəsi dəyişməz olaraq qalır?

- Ermənistandakı radikal dəyişiklik Serj Sərkisyan dönəminə qayıdışın mümkün olmayacağını göstərir. Lakin münasibətlərdə inkişaf meyili yoxdur. Rusiya da dəfələrlə “məxməri inqilab”dan sonra Ermənistana qarşı mövqeyinin dəyişmədiyini bəyan etdi. Prezident Vladimir Putin yaxın vaxtlarda onun istəyi ilə Nikol Paşinyanla üç dəfə görüşdü. Bir neçə dəfə telefonla danışdı. Lakin buna baxmayaraq, Paşinyan Qərbyönümlü siyasi komanda qurur. Yəni, Paşinyan Putinlə hesablaşmaq istəmir.

Amma Rusiya Paşinyandan rusyönümlü siyasi kurs seçməsini tələb etmir, sadəcə olaraq, ondan mövqeyini aydınlaşdırmağı istəyir. Düzdür, Ermənistan Rusiyanın dostudur, amma yeni rəhbərliyinin xarici siyasəti aydın deyil.

İndi Rusiyanın əvvəllər olduğu kimi, Ermənistan üçün xüsusi bir tərəfdaş olduğunu sübuta yetirmək mümkün deyil. Xüsusən, Ermənistanla NATO-nun yaxınlaşması, Qərb ölkələri və siyasi strukturları ilə yaxınlaşan məsafələrin Rusiya ilə münasibətlərə zərər verə biləcəyini deyə bilərəm.

- Nikol Paşinyanın kadr siyasətinə və erkən seçkilərə görə Ermənistan daxilində qeyri-sabitlik qalır. Belə bir vəziyyət Rusiya ilə ikitərəfli münasibətlərə necə təsir edəcək?

- Əlavə edə bilərəm ki, Ermənistanın yeni rəhbərliyi KTMT-nin baş katibi Yuri Xaçaturovla bağlı iddialarını hələ də gündəmdə saxlayır. Bu, Rusiya-Ermənistan münasibətlərinin sabit qalmasına mane olur. Buna görə də erkən seçkilərə gedən Paşinyan digər siyasi qüvvələr üzərində ağırlığını artıraraq, daxildə sabitlik yaratmağa cəhd edəcək.

- Nikol Paşinyan artıq seçkilərin dekabrda keçiriləcəyini elan edib. Bu, daxili siyasi vəziyyətə necə təsir edəcək? Parlamentdə təmsil olunan siyasi qüvvələrin mübarizə aparmadan təslim olmaq istəmədikləri də aydındır. Önümüzdəki aylarda Ermənistanı nə gözləyir?

- Paşinyanın bu addımı Ermənistandakı siyasi qüvvələr arasında bəzi rəsmi, qeyri-rəsmi razılaşmaları pozur. Onun bu tələskənliyi təsadüfi deyil, çünki daxildəki populyarlığı və reytinqi aşağı düşməyə başlayıb. Buna görə də Paşinyan bir an əvvəl seçkilər keçirmək istəyir. Bunun üçün yeni baş naziri qınamaq lazım deyil, o da hər kəs kimi qələbə qazanmaq istəyir.

Burada Paşinyanın öz mövqeyini satacağı da proqnozlaşdırılır. Bundan başqa, onun arxasındakı qüvvələr dağıla bilər.

- Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, ölkədə bir diktatorun ortaya çıxdığını söylədi. Bu fikirlə razısınızmı?

- Razı deyiləm. Hesab edirəm ki, Nikol Paşinyanın diktator olma ehtimalı yoxdur, çünki buna tam səlahiyyətləri yoxdur. Erməni cəmiyyətinin bəzi seqmentləri (məsələn, Qarabağ erməniləri və nüfuzlu diaspora təşkilatları) ona itaət etmirlər və yaxın gələcəkdə də itaət etməyəcəklər. Bir çox QHT və gənclər də Qərbə öz hökumətlərinə nisbətən daha çox baxırlar. Müxalifətin bir hissəsi də onu lideri kimi tanımır.

Yeni baş nazir fərdi gücünə meyillidir. Paşinyan açıq şəkildə kollektiv oyunçu deyil.

Önümüzdəki illərdə Ermənistanda demokratiya məhdudlaşdırılacaq, müxalifət qüvvələri təqib olunacaq. Paşinyanı hakimiyyətə gətirənlər bunu istəyirlər və onlara qarşı müqavimət göstərə bilməyəcəklər. Hesab edirəm ki, o, “liberal diktator” rolundan çox razıdır. Bu mənada o, keçmiş prezident Levon Ter-Petrosyana oxşayır.

- Aydındır ki, Nikol Paşinyan yalnız partiyası ilə seçkilərə gedəcək və onun keçmiş müttəfiqləri oyundan kənarlaşırlar. Bu, müttəfiqləri və Paşinyan arasında döyüşə səbəb ola bilər?

- Paşinyanın hakimiyyətə gətirildiyi ehtimalını təsdiq edirsiniz. Bəli, müttəfiqləri öz güclərini onunla paylaşmaq niyyətində deyillər. Buna görə də xalq arasında populyarlığını saxlamaq onun üçün çox çətin olacaq. Bununla belə inanmıram ki, ictimai sferada o, özünə düşmənlər qazansın. Ancaq biz müxtəlif Qərb strukturlarının Ermənistanda nə qədər güclü olduğunu başa düşürük və uzun müddət Paşinyanın ölkənin başında saxlanılacağını da deyə bilərik.

- Serj Sərkisyan keçmiş həmkarı Robert Köçəryanın böyük siyasətə qayıtdığını bildirdi. Digər yandan, Paşinyanın müttəfiqi Qagik Çarukyanın yenidən müxalifətə qayıdacağı gözlənilirdi. Lakin bu, baş vermədi. Sizcə, bu, gələcəkdə Ermənistanın siyasi palitrasını dəyişdirə bilərmi?

- Ermənistanın siyasi palitrasını tamamilə dəyişdirmək mümkün deyil. Bəli, Paşinyan və onun tərəfdarlarının mövqeləri əhəmiyyətli dərəcədə güclənəcək. Parlamentdə üstünlük əldə edəcək. Amma Qagik Çarukyanın “Çiçəklənən Ermənistan” Partiyasının da öz yerini gücləndirmək şansı böyükdür. Əminəm ki, Robert Köçəryan da parlamentdə olacaq, əlbəttə, döyüşə ciddi hazırlaşsa…

Ermənistanın Respublikaçı Partiyası hələ də Serj Sərkisyanın rəhbərliyi altındadır. Lakin bu, partiyaya seçkilərdə ciddi nəticə əldə etməyə imkan vermir.(Teleqraf.com)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay