Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı deputat Azərbaycanı "İsgəndər" raketi ilə hədələdi

Əgər kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı fəaliyyət göstərən "Kalibr" və "İsgəndər"ləri hiss edəcək.

Bu barədə Rusiya Dövlət Dumasının üzvü, siyasətçi Aleksandr Şerin "Realist" xəbər agentliyinə müsahibəsində bildirib.

"Bu gün Rusiya Federasiyasının silahlı qüvvələri rusların soyqırıma məruz qaldığı, Rusiya ilə müvafiq sülh sazişləri bağlamaq istəmədikləri, ərazilərimizi tanımaq istəmədikləri qeyri-dost dövlətin ərazisini zərərsizləşdirmək və demilitarizasiya etmək üçün çox mühüm missiyanı yerinə yetirir - o cümlədən Krım. Fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır, bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycanın nazirlik və idarələrindən müvafiq bəyanatlar verilir", - rusiyalı siyasətçi vurğulayıb.

Şerin Tokio və Bakıya "Rusiyanın müxtəlif istiqamətlərdə və dövlət sərhədlərində ölkəsinin tam təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə və vasitələri var. Əgər kimsə bizim döyüş effektivliyimiz və dövlətimizin Ukrayna istiqamətində qüdrəti barədə nəticə çıxarmağa çalışırsa, demək istəyirəm ki, ehtiyatlar hətta cəlb olunmayıb, ən güclü silah növləri isə hələ istifadə olunmayıb, çünki orada belə bir vəzifə yoxdur. Əgər bu tələb olunarsa və kimsə güc tətbiq etməklə nəyisə izah etməli olarsa, yəqin ki, hamı hiss edib ki, Rusiya rəhbərliyi tərəfindən heç kim blef etməyəcək, danışmaq vaxtı keçib", - deyə xəbərdarlıq edib.

Siyasətçi əmin edib ki, Rusiya dövlətinin düşmənləri tələsik hərəkətlərə cavab olaraq "Kalibr" və "İskəndər"lə qarşılaşa bilərlər: "Əgər kimsə bizim güclü və zəif tərəflərimizi hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən "Kalibr" və "İskəndər"lərlə hiss edəcək. Buna görə də, bu bəyanatlar yalnız gələcəkdə Rusiyaya təzyiq etmək şansı olmayan bu ölkələrin daxili seçiciləri üçün edilir".(unikal)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Biznes kreditlərinə tələbi artıran səbəblər...

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Rusiya pulları britaniyalı mütəxəssisləri Dubaydan sıxışdırıb çıxarır

Ən çox oxunanalar