Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənzil bazarında durğunluq: Ucuzlaşma olacaq?

"Üç ildir ki, Bakıda daşınmaz əmlakın qiymətində kəskin artım müşahidə olunur. Bu, əmlak bazarında alıcı qıtlığına gətirib çıxarıb. Alıcılar gözləmə mövqeyi tutmağa üstünlük verirlər"...

Bu fikirləri Bakupost.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, ötənilki rəqəmlərə nəzər saldıqda mənzillərin əksəriyyətinin ipoteka və bankdaxili kreditlərlə satıldığını görə bilərik:

"Alıcıların böyük hissəsi ipoteka krediti ilə mənzil almaq istəyir. Hazırda əmlak bazarında ipoteka predmetinə çevrilə bilən, mərkəzə yaxın ərazilərdəki köhnə binalardakı birotaqlı mənzillərin satış qiyməti 100-130 min manat arası dəyişir. Amma əvvəlki illərdə bu qiymətə iki və ya üçotaqlı mənzillər almaq mümkün idi".

E.Fərzəliyev qeyd edib ki, yeni tikililərdə qiymət artımı daha çoxdur:

"İpoteka kreditinə müraciət etdikdə də qiymətlərlə vətəndaşın alıcılıq qabiliyyəti üst-üstə düşmür. Onların aldığı əməkhaqqı aylıq ipoteka kreditini ödəməyə uyğun deyil. Ona görə də, mənzil ala bilmirlər. Mənzil ala biləcək şəxslər də gözləmə mövqeyindədirlər. Düşünürlər ki, hansısa formada ucuzlaşma olacaq. Tələbat artdıqca, qiymətlər də qalxır. Amma digər ərazilərdə iqtisadi vəziyyət yaxşılaşdıqca, bu, mənzillərin qiymətinin ucuzlaşmasına gətirib çıxara bilər".

Poliqon.info


Etiket: Mənzil bazarı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Biznes kreditlərinə tələbi artıran səbəblər...

Ən çox oxunanalar