Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan gələn emissar - Xankəndində “dövlət naziri” olan Vardanyan rəsmi Bakı ilə görüşmək istəyir...

“Dövlət naziri” olar-olmaz sosial medianın erməni seqmentində Vardanyanyanın rəsmi Bakı ilə görüşəcəyi ilə bağlı müxtəlif səpkili xəbərlər və mükahizələr yayılmaqdadır...

Politoloq: “Vardaryan sülh prosesində özünü “sülh göyərçini” kimi təqdim etmək istəyir. “Sülh göyərçini” artıq öz məkrli planlarını da işə salıb”.

“Vardanyanın Qarabağa gəlməsində Rusiya maraqlıdır. Olmasa, onu Qarabağa buraxmaz və hansısa kürsünü də məşğul etməsinə imkan verməzdi”.

Bu sözləri politoloq İlyas Hüseynov Vardanyanla rəmsi Bakının görüşəcəyi iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Separatçı-terrorçu rejiminin qondarma “dövlət naziri” Artak Beqlaryan dünən sonuncu mətbuat konfransını keçirib. O, bu vəzifəni iki ay əvvəl Qarabağa köçən milayrder iş adamı Ruben Vardanyana təhvil verib. Beləliklə, oliqarx milyarder Vardanyan Xankəndindəki separatçı rejimin qondarma “dövlət naziri” vəzifəsinin icrasına başlayıb.

“Dövlət naziri” olar-olmaz sosial medianın erməni seqmentində Vardanyanyanın rəsmi Bakı ilə görüşəcəyi ilə bağlı müxtəlif səpkili xəbərlər və mükahizələr yayılmaqdadır.

Qeyd edək ki, prezident İlham Əliyev də bir neçə dəfə Azərbaycan vətəndaşı olan erməni vətəndaşlarla əlaqələrin qurulacağını qeyd edib.

Bəs Bakı rəsmi Azərbaycan vətəndaşı olmayan və heç bir zaman Qarabağda yaşamayan Vardaryanla görüşə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Vardanyan cinayətkardır. Buna görə də Vardanyanla rəsmi Bakı arasında görüşlərin keçiriləcəyi iddiası həqiqətə uyğun deyil və mən inanmıram ki, bu baş tutsun”.

Sosial şəbəkələrin erməni seqmentində yayılan bu iddianın Vardanyan planına qarşı əks cəbhənin uydurması olduğunu düşünən politoloq PİA.az- açıqlamasında qeyd edib ki,bu cür uydurmalar da daha çox Ermənistanda daxili auditoriyaya yönəlib. Politoloqun fikrincə qarşı tərəf bu feyk xəbərlərlə Vardanyanı qaralamağa çalışır:

“Seperatçı qurumda Ruben Vardanyanın yerləşməsi və onun fəaliyyəti diqqətlə izlənilir. Rusiyanın məruz qaldığı ciddi sanksiyalara və məhdudiyyətlə görə bu sanksiyalardan qaçmaq və öz var-dövlətini qorumaq üçün “vətənpərvərlik” hisslərini nümayiş etdirərək milyarder Vardanyan Azərbaycan ərazisinə köçdü.

Qeyd etmək istəyirəm ki, Vardanyanın bütün çıxışlarında əsas vurğu bundan ibarətdir ki, o, nə birinci, nə də ikinci Qarabağ müharibəsində iştirak etməyib. Bununlada Rusiyadan gələn emissar sülh prosesində özünü “sülh göyərçini” kimi təqdim etmək istəyir. Ancaq “sülh göyərçini” artıq öz məkrli planlarını da işə salır. Vardanyan status məsələsindən danışır. Eyni zamanda Xankəndində təşkil edilən son mitinqin təşkilatçısı da odur.

Buna görə də bir sıra analitiklər Vardanyanı Rusiyanın planı olduğunu qeyd edirlər. Çünki Rusiya sülhməramlılarının kontingenti müvəqqəti olaraq bu ərazidə yerləşdirilib və aydın məsələdir ki, Vardanyanın Qarabağa gəlməsində Rusiya maraqlıdır. Olmasa onu Qarabağa buraxmaz və hansısa kürsünü də məşğul etməsinə imkan verməzdi.

İlyas Hüseynov: “Ruben Vardanyan Qarabağ müharibələrində iştirakçı olmadığını desə də, Qarabağda separatizmi ayaqda tutmaq üçün yığılan pullarda, eləcə də Ermənistanın silahlandırılmasında onun hansı rol oynadığını Azərbaycan bilir”.

Qeyde dim ki, sülh istiqamətində fikirlər ifadə edən Vardanyanın rəsmi Bakı ilə əlaqələr quracağı daha çox erməni sosial mediasında yer alır. Amma düşünürəm ki, onun Azərbaycanla görüşməsinə heç bir ehtiyac yoxdur. Həmçinin Azərbaycan belə şəxslərlə hər hansı bir şəkildə təmas qurmaq niyyətində də deyil. Çünki Ruben Vardanyan Qarabağ müharibələrində iştirakçı olmadığını desə də, Qarabağda separatizmi ayaqda tutmaq üçün yığılan pullarda, eləcə də Ermənistanın silahlandırılmasında onun hansı rol oynadığını Azərbaycan bilir. Bu silahlandırılma nəticəsində də Azərbaycan tərəfi itkilər verdi.

Aydın məsələdir ki, Vardanyan cinayətkardır. Buna görə də Vardanyanla rəsmi Bakı arasında görüşlərin keçiriləcəyi iddiası həqiqətə uyğun deyil. Düşünürəm ki, sosial şəbəkələrin erməni seqmentində iddia Vardanyan planına qarşı əks olan cəbhənin uydurmasıdır. Bu cür uydurmalar da daha çox Ermənistanda daxili auditoriyaya yönəlib. Bu da çox gərgin bir mübarizənin nəticəsidir. Yəni qarşı tərəf bu feyk xəbərlərlə Vardanyanı qaralamağa çalışır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay