Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyada vəziyyət olduqca mürəkkəb və gərgindir” - Fərhad Məmmədov

“Vaqner qrupu”nun silahlı qiyamı Rusiya-Ukrayna cəbhəsində vəziyyətə necə təsir edəcək...

Siyasi-şərhçi: “Rusiya daxilində silahlı toqquşmalar üçün artıq Putin tərəfindən əmr verilib”.

“Ordu da bu qarşıdurmaya qoşula bilər. Hətta ordunun hansısa birləşmələri də qiyama qalxa bilər. Çünki ordu birləşmələri Ukrayna cəbhəsindədir və onlar qiyam olan vilayətlərə çox yaxındır”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Rusiyada baş verən “Vaqner qrupu”nun silahlı qiyamını Poliqon-a şərh edərkən qeyd edib.

Rusiyada “Vaqner qrupu”nun silahlı qiyamı qalxması və sabitliyin pozulması Rusiya-Ukrayna cəbhəsində vəziyyətə necə təsir edə bilər? Bu qiyam Rusiyanın müdafiə xəttinin yarılmasına qədər yol aça bilərmi? Ümumiyyətlə, bu qiyam Rusiya-Ukrayna müharibəsinə və Putin hakimiyyətinə necə təsir edəcək?

Rusiyada baş verən qiyamın nəticələrini Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Vaqner silahlı qüvvələri müqavimət göstərsə, bu Ukrayna cəbhəsində də Rusiya güclərinin zəifləmədinə gətirib çıxaracaq”.

İlk dəfə açıq-aşkar olaraq Putinin Priqojinin fəaliyyətini xəyanət kimi dəyərləndirməsini və xəyanətkarların məhvi ilə bağlı əmrlərin verilməsi haqqında məlumat verdiyini qeyd edən ekspert Poliqon-a bildirib ki, bu da artıq vəziyyətin tam olaraq nəzarətdən çıxmasının demək olduğunu bildiribdığını göstərir:

“Putinin xalqa müraciət etməsi çox vacib idi. Çünki Priqojinin fəaliyyətini uzun illər boyu şəxsən onunla bağlayırdılar. Ukrayna müharibəsi dövründə onun hər bir bəyanatı, Rusiya silahlı qüvvələrinə qarşı olan hərəkətləri, davranışları həm də Putinin planının tərkib hissəsi kimi dəyərləndirilirdi.

İlk dəfə açıq-aşkar olaraq Putin Priqojinin fəaliyyətini xəyanət kimi dəyərləndirdi və xəyanətkarların məhvi ilə bağlı əmrlərin verilməsi haqqında məlumat verdi. Bu da o deməkdir ki, artıq vəziyyət tam olaraq nəzarətdən çıxıb. Eyni zamanda Rusiya daxilində silahlı toqquşmalar üçün artıq Putin tərəfindən əmr verilib.

Fərhad Məmmədov: “Əgər “Vaqner qrupu” silahlı dəstələri müqavimət göstərməsələr, Rusiya qısa müddətdə bu qiyamı yatıracaq”.

Dövlət olaraq Rusiyada bu cür hərbi qiyamları yatırılması üçün iki vacib struktur var. Birincisi milli qvardiyadır, təxminən 300 min nəfərlik bir hərbi qurumdur. İkincisi qurum isə Federal Təhlükəsizlik Xidmətidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Priqojin tərəfdarları da 25 min nəfərlik bir silahlı, döyüş təcrübəsi olan bir qruplaşmadır. “Vaqner qrupu”nun muzdluları illər ərzində formalaşmış, peşəkar hərbiçilərdir. Artıq Putinin əmrindən sonra onlarda mövcudiyyət məsələsi sual altındadır.

Belə şərtlər altında əlbəttə ki, müqavimət də çox kəskin olacaq. Ordu da bu qarşıdurmaya qoşula bilər. Hətta ordunun hansısa birləşmələri də qiyama qalxa bilər. Çünki ordu birləşmələri Ukrayna cəbhəsindədir və onlar qiyam olan vilayətlərə çox yaxındır. Yəni, Rusiyada vəziyyət olduqca mürəkkəb və gərgindir.

Əgər “Vaqner” silahlı dəstələri müqavimət göstərməsələr, Rusiya qısa müddətdə bu qiyamı yatıracaq. Amma “Vaqner” silahlı qüvvələri müqavimət göstərsə, bu Ukrayna cəbhəsində də Rusiya qüvvələrinin zəifləməsinə gətirib çıxaracaq. Eyni zamanda da daxildə də siyasi rəqabət şiddətlənəcək. Artıq Rusiya siyasi elitasında təmsil olunanlar və ayrı-ayrı oliqarxlar mövcudiyyətləri uğrunda mübarizə aparacaqlar ki, bu da Rusiya daxilində daha kəskin və daha çox can, qan aparan prosesə çevrilə bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket: Rusiya qiyam


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar