Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada LGBT təbliğatı qadağası rəsmiləşdirilir

"Biz özümüzü dünyada getdikcə daha çox yayılan qaranlıqdan qoruyuruq"...

Rusiyada gələn həftə LGBT təbliğatını qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim oluna və birinci oxunuşda qəbul edilə bilər.

PİA.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə parlamentin spikeri Vyaçeslav Volodin bazar ertəsi dinləmələr zamanı elan edib.

Onun sözlərinə görə, qanun layihəsi vətəndaşların hüquqlarını məhdudlaşdırmaq deyil, müdafiə etmək məqsədi daşıyır.

"Biz özümüzü dünyada getdikcə daha çox yayılan qaranlıqdan qoruyuruq", - o əlavə edib.

Volodinin fikrincə, bu çox əvvəldən düşünülməli idi.

Spiker vurğulayıb ki, Dumanın deputatları insanın ailə hüququna, uşaq dünyaya gətirmək, onları böyütmək imkanına təminat verməlidir. O, ABŞ-ın Merilend ştatının sosioloji məlumatlarına diqqət çəkərək bildirib ki, iki il ərzində cinsiyyəti ilə bağlı qərar verməyən məktəblilərin sayı 582% artıb.

"Oreqon Elm və Sağlamlıq Universitetinin Gender Klinikasında müalicə olunan xəstələrin sayı 10 ildən az müddətdə demək olar ki, 50 dəfə artıb. Bu məlumatları nəzərə alaraq, Rusiyaya ailələrin asayiş içində yaşamasına imkan verəcək, məktəbə gedən uşaqlar üçün qorxmamağa, filmə baxmağa gedəndə onlar üçün hansı tamaşanın göstəriləcəyindən narahat olmamağa gətirəcək qanunlara ehtiyac var. Çünki bu gün bütün bu sadalananlar çox vaxt dağıdıcı dəyərlər daşıyır", - deyə o, bildirib.

Spikerin sözlərinə görə, o ümid edir ki, artıq Dövlət Duması tərəfindən qəbul ediləndən və Federasiya Şurası tərəfindən təsdiq ediləndən sonra qanun noyabrda imzalanmaq üçün prezidentə təqdim ediləcək.

pia.az


Etiket: Rusiya LGBT qadağa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Ən çox oxunanalar