Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon: ABŞ Rusiyaya zərbə endirməsinə dair məhdudiyyətləri qaldırmayıb...

ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə verilən Amerika silahlarının Rusiya ərazisinə endirdiyi zərbələrlə bağlı mövqeyi dəyişməz olaraq qalır...

Poliqon xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder deyib. O, Ukrayna prezidenti Vladimir Zelenskinin zəngləri fonunda məhdudiyyətlərə yenidən baxılması planının olub-olmadığı sualına belə cavab verib.

“Bizim siyasətimiz dəyişmir. Ukrayna ABŞ-ın hərbi yardımından özünü sərhədyanı hücumlardan müdafiə etmək və cavab atəşi açmaq üçün istifadə edə bilər. Bununla belə, uzaq məsafədən zərbələrə, Rusiyanın dərinliklərinə endirilən zərbələrə gəlincə, bizim siyasətimiz dəyişməz olaraq qalır”, deyə Rayder brifinqdə bildirib.

Qeyd edək ki, bir gün əvvəl “Politico” qəzeti xəbər vermişdi ki, Ukrayna rəsmiləri Rusiya ərazisinə zərbələr endirmək üçün potensial hədəflərin siyahısını tərtib ediblər. Onun ABŞ-ın yüksək səviyyəli milli təhlükəsizlik rəsmilərinə təhvil verilməsi planlaşdırılır. Qəzetin fikrincə, hədəfləri vurmaq üçün Vaşinqtonun Rusiyaya zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadəyə qoyulan qadağanı aradan qaldırması lazımdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay