Oktyabrın 7-də münaqişənin başlamasından bu günə qədər İsrail Müdafiə Qüvvələri radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlərdə 703 əsgərini itirib...
Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Son məlumatlara görə, Qəzza zolağının cənubunda gedən döyüşlərdə daha bir İsrail əsgəri, 19 yaşlı baş çavuş həlak olub.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının girov götürülməsi ilə müşayiət olunan İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Poliqon.info