Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada baş vermiş terror aktı ilə əlaqədər 11 nəfər saxlanılıb - Yenilənib

Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədər 11 nəfər saxlanılıb...

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti ölkə Prezidenti Vladimir Putinə məlumat verib.

Qeyd olunub ki, onlardan 4-ü terrorçudur.

***

“Crocus City Hall”da terror aktında əli olmaqda şübhəli bilinən şəxslərin saxlanılmasının təfərrüatı məlum olub.

Bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məlumat verib.

Onun sözlərinə görə, şübhəlilərin idarə etdiyi “Renault” markalı avtomobil gecə saatlarında Bryansk vilayətinin Karaçinski rayonu Xatsun kəndi ərazisində aşkarlanıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbinə baxmayaraq, sürücü maşınını saxlamayıb və qaçmağa cəhd edib. Təqib zamanı atəş açılıb və avtomobil aşıb. Bir terrorçu yerindəcə saxlanılıb, qalanları isə meşəyə qaçıblar. Axtarış nəticəsində yerli vaxtla saat 3:50-də ikinci şübhəli aşkar edilərək saxlanılıb”, - deyə deputat bildirib.

O qeyd edib ki, digərlərinin axtarışı davam etdirilir.

Deputat vurğulayıb ki, avtomobildən bir ədəd PM tapançası, AKM avtomatı üçün daraq və Tacikistan vətəndaşlarının pasportları aşkar edilib.

***

"Crocus City Hall"da atışma törədən 6 terrorçudan dördünün kimliyi məlum olub.

APA Rusiya KİV-nə istinadən xəbər verir ki, həmin şəxslər 37 yaşlı Nəsridinov Məhmədrəsul, 51 yaşlı İsmonov Rivojidin, 21 yaşlı Safolzoda Shoxinjonn və 29 yaşlı Nəzərov Rüstəmdir.

Onların hamısı Tacikistan vətəndaşıdır. Onlardan hansının saxlanıldığı hələlik məlum deyil.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar