Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya səfirliyi “Laçın dəhlizi” ilə bağlı müraciətə cavab verdi

Rusiya sülhməramlıları Qarabağda vəziyyətin sabitləşməsi üçün hər cür səy göstərir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin erməni deputat Taquhi Tovmasyanın müraciətinə yazılı cavabında deyilir.

Tovmasyan sosial şəbəkədə yazıb ki, avqustun əvvəlində baş vermiş gərginlik kontekstində “Laçın dəhlizi” ətrafında yaranmış vəziyyətlə bağlı əvvəllər səfirliyə müraciət edib.
Səfirlik qeyd edir ki, istər İrəvanda, istərsə də Bakıda Qarabağda yerləşdirilmiş Rusiya kontingentinin mühüm rolu dəfələrlə vurğulanıb.

Rusiya tərəfi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına bundan sonra da hər cür kömək göstərməyə hazırdır”.

Tovmasyan Rusiya tərəfinin diqqətini Laçın şəhəri, Zabux və Sus kəndlərinin (“Laçın dəhlizi” boyunca yerləşir - red.) Azərbaycanın nəzarətinə keçməsi prosesinə də cəlb edib. Onun sözlərinə görə, o, səfir Sergey Kopırkinə həmin yerlərdə yaşayan ermənilər üçün yaranmış çətinliklər, evakuasiyanı təşkil etmək üçün insan, texniki və nəqliyyat resurslarının çatışmazlığı barədə məlumat verib. Tovmasyan Kopırkindən yaşayış məntəqələrindəki ermənilərin köçürülməsi müddətlərinin uzadılması məsələsində köməklik göstərməsini xahiş edib.

Səfirliyin şərhində isə deyilir ki, “Laçın dəhlizi” ətrafındakı vəziyyət 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq həll edilməlidir.

Səfirlik onu da qeyd edib ki, bütün bu mövzularda maraqlı tərəflərlə müzakirələr aparılır. Bu müzakirələrin məqsədi hamıya uyğun bir razılaşma əldə etmək, eyni zamanda üçtərəfli bəyanatı həyata keçirməkdir. Bu problemi həll etmək üçün Rusiya tərəfi ErmənistanAzərbaycanla həm ən yüksək səviyyədə, həm də Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər idarələr səviyyəsində daimi dialoq aparır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay