Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya müharibə səbəbindən son onilliklərin ən böyük işçi çatışmazlığı ilə üzləşib...

Keçən il iki mühacirət dalğası yaşanıb və 1 milyona yazın insanın ölkədən çıxması və 300 minə yaxın kişinin səfərbər olunması əmək bazarını daha da daraldıb...

Poliqon xəbər verir ki, bu barədə Wall Street Journal nəşri məlumat yayıb. Qəzet yazır ki, onsuz da sanksiyalar və beynəlxalq təcridlə problemlər yaşayan Rusiya iqtisadiyyatı zəiflədib.

Rusiya Mərkəzi Bankı 1998-ci ildə məlumatların toplanmasına başlanandan bəri şirkətlər arasında ən böyük kadr çatışmazlığı barədə məlumat verib. 35 yaşa qədər işçilərin sayı 1,3 milyon nəfər azalıb. Nəticə etibarı ilə müəssisələrdə iqtisadiyyatı gücləndirmək və müharibəni dəstəkləmək üçün lazım olan proqramçılar, mühəndislər, qaynaqçılar və neft qazmaçıları da daxil olmaqla ixtisaslı işçilər çatışmır.

Bu problemi həll etmək üçün Vladimir Putin işçi qüvvəsinin xaricə axınının qarşısını almaq üçün tədbirlərin, o cümlədən maliyyə və sosial stimulların işlənib hazırlanmasını əmr edib. Hökumət əvvəllər texnologiya işçilərini saxlamaq üçün vergi güzəştləri, daha yaxşı kreditlər və subsidiyalaşdırılmış ipoteka təklif etmişdi. Bununla belə, işçi qüvvəsinin çatışmazlığı bütövlükdə iqtisadiyyata təsir göstərərək şirkətləri əmək haqqını artırmağa məcbur edib. Bu isə inflyasiyaya gətirib çıxarıb, korporativ mənfəətə və investisiya planlarına ziyan vurub.

Məlumatda o da qeyd edilir ki, bu əsrin sonuna qədər Rusiya əhalisinin beşdə birdən çox azalacağı proqnozlaşdırılır ki, bu da iqtisadiyyata əhəmiyyətli təsir göstərir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay