Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Mərkəzi Asiyanı Çinə uduzur? - Moskva və Pekinin qarşıdurması qaçınılmaz görünür...

Pekin Moskva ilə Qərb arasındakı siyasi-iqtisadi qarşıdurmadan və iki tərəfin qarşılıqlı sanksiyalarından istifadə edərək Mərkəzi Asiyada güclənir...

 

Basil al-Hajc Casim
“Şarku'l Avsat” qəzeti, 12 iyul 2021-ci il

ABŞ-ın Əfqanıstandan geri çəkilməsi və Talibanın ölkədəki nəzarətini genişləndirməsi bütün diqqəti Əfqanıstanın Mərkəzi Asiyadakı yaxın qonşusu olan keçmiş Sovet ölkələrinə yönəltdi. Mərkəzi Asiyanın beş ölkəsindən üçü Əfqanıstanla həmsərhəddir. Əfqanıstanın Tacikistanla sərhədlərinin uzunluğu 1200 kilometr, Türkmənistanla 744 kilometr, Özbəkistanla isə 137 kilometrdir. Qırğızıstanın Əfqanıstanla sərhədi yoxdur. Tacikistan bu iki ölkə arasında yerləşir. Lakin Əfqanıstanın Bedahşan vilayəti ilə Qırğızıstanın Batken və Çuy vilayətləri arasındakı məsafə cəmi 300 kilometrdir.

Çinin yayılması

1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılmasından bəri Moskva Çinin Mərkəzi Asiyadakı iqtisadi üstünlüyünü tanısa da, bölgədəki təhlükəsizliyin əsas qoruyucusu rolunu saxladı. Digər tərəfdən Pekin də Rusiya ilə Qərb arasındakı siyasi və iqtisadi qarşıdurmadan və tərəflər arasındakı qarşılıqlı sanksiyalardan istifadə edərək Moskvanın ənənəvi təsir sahələrində var-gücü ilə yayıldı.

Bir çox müşahidəçi Moskva ilə Pekin arasındakı münasibətlərin dinamikasını “əmək bölgüsü” olaraq xarakterizə edir. Rusiya siyasi və hərbi əlaqələri sayəsində Mərkəzi Asiya ilə qarşılıqlı əlaqə qurarkən, Çin, xüsusən də “Bir Kəmər Bir Yol” layihəsindəki milyardlarla dollar sayəsində iqtisadi böyümə daxilində borc verən aparıcı qüvvə və mühərrik rolunu oynayır. Lakin, əslində, bu əmək bölgüsü açıq şəkildə aparılmayıb. Çinin son illərdəki “ciddi təhlükəsizlik manevrləri” iki ölkə arasındakı nüfuz bölünməsindən sonra artan gərginliyi sürətləndirə bilər.

Çinin silah müqavilələri

“Şarku'l Avsat”ın “Independent Arabia”dan aldığı bir analizə görə, Çin bölgədəki iqtisadi məkana hakim olmaqla yanaşı, həm də böyük siyasi təsir üçün rol və fürsət axtarır. Pekin bölgəyə silah satışını artırmaqla, bölgə dövlətləri ilə hərbi təlimlər keçirməklə və yeni sərhəd gözətçi məntəqələri yaratmaqla ənənəvi olaraq Moskvanın “həyətyanı sahəsi” sayılan keçmiş Sovet respublikaları üzərindəki təsirlərini artır. Bundan əlavə, bölgə ölkələrini iqtisadi layihələrlə və verdiyi borclarla öz tərəfində saxlamağa çalışır.

Vilson Beynəlxalq Mərkəzindəki Kennan Araşdırma İnstitutunun 2020-ci ilin ortalarında hazırladığı bir hesabatda Çinin silah müqavilələrində Mərkəzi Asiya hökumətlərinə qarşı bir tendensiya ortaya çıxıb. Pekin son 5 ildə keçmiş Sovet respublikalarına satılan hərbi texnika payını 2010-2014-cü illərdə 1,5%-ə nisbətən, 18%-ə yüksəldib.

Pekin bölgənin ilk hərbi təsisini inşa edərək Çinlə sərhədi 476 km olan Tacikistandakı hərbi varlığına yolunu açdı. ABŞ-da çıxan “Washington Post” qəzeti 2019-cu ildə Çinin bu ölkədəki mənbələrlə birlikdə Tacikistan ərazisində kiçik bir hərbi təsisat qurduğunu ortaya çıxarıb. Həmin il “Wall Street Journal” (WSJ) qəzeti Çinlə Tacikistan arasında bağlanan və Pekinə “Əfqanıstan sərhədinin Tacikistan tərəfində 30-40 təhlükəsizlik postunu təmir etmək və ya inşa etmək” hüququ verən gizli bir müqavilənin nüsxəsini yayımlayıb.

Rusiyanın Mərkəzi Asiyadakı silah satışları son illərdə 60%-ə düşsə də, vəziyyət onu göstərir ki, Çinin bölgədəki nüfuz artımı Rusiyanın payının azalması ilə bağlı deyil. Ancaq bir çox mütəxəssisin fikrincə, bu durum yaxın illərdə dəyişə bilər. Bu gün Pekinin təhlükəsizlik sahəsindəki təsirini artıraraq Mərkəzi Asiyanın infrastrukturuna yatırımlarını qorumaq istədiyi aydın görünür.

Əmək bölgüsündən rəqabətə

Çin Mərkəzi Asiyada silah ticarətçisi olaraq irəliləməyə davam etdikcə Rusiyanın payını ələ keçirməli olacaq və bundan sonra bölgədəki münasibətləri əmək bölgüsündən rəqabətə çevriləcək. Belə bir vəziyyətdə Rusiya hakim hərbi güc və Mərkəzi Asiyanın ən böyük silah tədarükçüsü olaraq qalmasına baxmayaraq, Pekin ilə Moskva arasında bir az gərginlik yarana bilər. Moskvanın Tacikistandakı 7000-dən çox əsgəri və Qırğızıstanda bir hava bazası da daxil olmaqla, Mərkəzi Asiyada bir çox hərbi təsisi var. Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bölgədəki ölkələrin orduları ilə önəmli bir təmas nöqtəsidir.

Ümumi maraqlar

Çinin təhlükəsizlikdəki rolunun artmasına baxmayaraq, Pekin və Moskva son illərdə möhkəmlənmiş daha geniş bir tərəfdaşlığı davam etdirir. Üstəlik, Əfqanıstandakı mümkün qeyri-sabitliyin, terrorizm və radikallığın artmasının qarşısını almaq iki ölkənin Mərkəzi Asiyadakı ortaq maraqları şəklində ortaya çıxır. Həm Çin, həm də Rusiya ABŞ-la rəqabət məsələsində birləşir. Hər iki ölkənin məqsədi ABŞ-ın bölgədəki təsirini azaltmaqdır. ABŞ-ın 2014-cü ildə Qırğızıstandakı hava bazasını bağlaması onları çox sevindirdi. Lakin iki ölkə Mərkəzi Asiyada nüfuz uğrunda getdikcə bir-birilə rəqabət aparır. Silah satışında olduğu kimi, bölgədəki ölkələrin orduları üçün keçirilən təlim proqramları da həm Moskva, həm də Pekin üçün böyük əhəmiyyətə malikdir. Ancaq Mərkəzi Asiyanın beş ölkəsində hərbi məktəbləri olan Rusiya bu sahədə də Çindən qabaqdadır.

Üzvləri Qazaxıstan, Qırğızıstan, Rusiya, Çin, Tacikistan və Özbəkistan olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Çinin Rusiya ilə arasındakı uçurumu aradan qaldırmaq cəhdində mühüm rol oynayır. Çin proqramının səviyyəsi hələ də Rusiya proqramından geri qalsa da, Pekin Mərkəzi Asiyada hərbi hazırlıqda ikili səviyyəyə keçib.

Çin və Rusiya arasındakı ikitərəfli münasibətlərə, onları birləşdirən müxtəlif təşkilatlara və Mərkəzi Asiyadakı keçmiş Sovet ölkələri vasitəsilə yaranan qarşılıqlı əlaqələrə baxmayaraq, deyə bilərik ki, Pekin getdikcə Moskvadan uzaqlaşır və bölgədə təşəbbüsü ələ keçirir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Rusiya Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Ən çox oxunanalar