Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Baş Qərargahı Ukraynanınyeni əks-hücumunu istisna etmir

Ukrayna Silahlı Qüvvələri döyüş qabiliyyətini qoruyub saxlayır və yenidən əks-hücuma cəhd edə bilər...

Poliqon xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Sergey Rudskoy bildirib. General belə bir ssenarinin Kiyevin müttəfiqlərinin dəstəyi ilə mümkün olduğunu hesab edir.

“Ukrayna Silahlı Qüvvələri aktiv əməliyyatlar aparmaq üçün öz döyüş qabiliyyətini hələ də saxlayır. Gələcəkdə Qərbin irimiqyaslı hərbi yardımı olacağı təqdirdə, növbəti əks-hücum cəhdini də istisna etmək olmaz”, deyə general-polkovnik “Krasnaya Zvezda” qəzetinə bildirib.

Rudskoy bununla yanaşı, Ukraynadakı problemləri, genişmiqyaslı iqtisadi böhranı, sənaye potensialının əhəmiyyətli hissəsinin itirilməsini, xammal tədarükündə fasilələri, logistika ilə bağlı çətinlikləri və kütləvi səfərbərlik kimi problemləri qeyd edib. Rusiya Baş Qərargah rəisinin birinci müavininə görə, Ukrayna Silahlı Qüvvələri hazırda mühüm əraziləri və mövqeləri tutmaq üçün səylərini müdafiəyə yönəldir.

General-polkovnik hesab edir ki, Ukraynanın yayda başlatdığı əks-hücum uğursuz olub. Onun fikrincə, buna rus qoşunlarının təlimi kömək edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar