Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlət çevrilişi cəhdini üzə çıxarıb - İzlər Rusiyaya aparır...

Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bir qrup şəxsin qabaqcadan əlbir olaraq hakimiyyəti ələ keçirməyə hazırlaşması barədə məlumat daxil olub...

Poliqon Ermənistan mətbuatına əsasən xaəbır verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, cinayət barədə düzgün məlumat əsasında Ermənistan Respublikası İstintaq Komitəsinin dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlərin araşdırılması üzrə Baş İdarəsi Ermənistan Respublikası Cinayət Məcəlləsinin 43-419-cu maddəsi ilə cinayət işi açıb. İstintaq orqanı ilə fəal və səmərəli əməkdaşlıq şəraitində həyata keçirilmiş çoxlu sayda istintaq hərəkətləri, o cümlədən üçə yaxın axtarış və dindirmə nəticəsində Ermənistan Respublikasının vətəndaşları S.G., A.E., A.E.S., A.S. , habelə Dağlıq Qarabağın keçmiş sakinləri A.M., A.S. və şəxsiyyəti hələ müəyyən edilməmiş şəxslər qrup daxilində hakimiyyətin qəsb edilməsinə hazırlıq görüb, yəni zorakılıq tətbiq etməklə və səlahiyyətləri mənimsəməklə Ermənistan Respublikasının hakimiyyətini qəsdən ələ keçirmək üçün şərait yaradıblar.

Məlumatda qeyd edilir ki, həmin şəxslər əvvəlcədən sui-qəsd təşkil edərək, Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədilə Rusiyada üç aylıq təlim-məşq toplanışı keçmək üçün hər ay təqribən 220.000 Rusiya rublu məbləğində mükafat təyin ediblər. Rusiyaya gedən şəxslər ağır silahların yeni növləridən istifadə qaydalarını öyrənib. Dıəstə üzvləri Ermənistana qayıtdıqdan öyrəndiklərini başqalarına ötürərək 2024-cü il ərzində bir sıra ER vətəndaşlarını və Qarabağın keçmiş sakinlərini hərbi xidmətə cəlb edib.

İlkin yoxlamadan sonra cinayətkar dəstənin üzvləri cəlb edilmiş şəxsləri A.S.-nin rəhbərliyinə yerləşdiriblər. “Arbat” adlanan hərbi bazada artıq onlara məlum olan silah növləri ilə qapalı şəraitdə, binanın içərisində döyüş təlimi keçiriblər. Bundan əlavə, onlara məlumat verilib ki, təlimin məqsədi Ermənistan Respublikasına qayıtmaq və mövcud hökuməti devirmək, bununla da Ermənistan Respublikasını təmizləmək və xilas etməkdir.

Bu əməli törətdiklərinə görə 7 nəfər barəsində cinayət işi başlanıb. 3 nəfər saxlanılıb, 4 nəfər üçün axtarış başlayıb.

Saxlanılan şəxslər barəsində ittiham elan edilib, barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatətlər verilib və onlar vəkillə təmin edilib.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, cinayətkar qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində fəal tədbirlər görülür.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar