Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan: Türkiyədə Ermənistanla münasibətlərə baxışda dəyişikliklər olub

Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədini açmalıdır...

Poliqon xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan II Dünya Erməni Sammitində ölkənin təhlükəsizlik sisteminin gələcəyini qısa və uzunmüddətli perspektivdə necə gördüyü barədə sualı cavablandırarkən bildirib.

Bu kontekstdə Paşinyan regionda aqressiya səviyyəsinin azaldılmasının vacib olduğunu vurğulayıb.

"Aydındır ki, bizim Gürcüstan və İranla xüsusi, dərin əlaqələrimiz var və mən hesab etmirəm ki, burada uzunmüddətli perspektivdə Türkiyə ilə diplomatik əlaqələr qurmalı və quru sərhədini açmalıyıq", deyə baş nazir qeyd edib.

Paşinyan Türkiyədə Ermənistana münasibətdə dəyişikliklərə də diqqət çəkərək, hər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların vacibliyini vurğulayıb. Hələlik əhəmiyyətli praktik nəticələr əldə edilməsə də, baş nazir Ermənistanla Türkiyə arasında kommunikasiyanın davam etməsini vacib sayır.

Qeyd edək ki, 2021-ci ilin sonunda İrəvan və Ankara münasibətlərin normallaşması ilə bağlı danışıqlara başlayıb. 2022-ci ildə Vyanada üçüncü ölkə vətəndaşlarının sərhədi keçməsinin mümkünlüyü və birbaşa hava nəqliyyatı ilə yük daşımalarının başlanması ilə bağlı razılıq əldə olunub, lakin məsələ həllini tapmayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar