Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Yayılan məlumata görə Hindistana Türkiyənin BRİCS-ə üzv olmasına qarşı çıxır...

Politoloq: “Hindistanın Türkiyənin BRİCS-ə üzv olmasına mane olmağa cəhd göstərəcəyi gözlənilən idi. Eyni zamanda, Hindistanın Azərbaycana qarşı eyni münasibəti sərgiləcəyinə heç şübhə yoxdur”.

“BRİCS-də Hindistan başqa digər önəmli ölkələr var. Bunlar Çin, Rusiya, Braziliya, Cənubi Afrika və digər ölkələr Türkiyənin BRİCS-ə üzv olmasının təşkilata hansı üstünlük gətirəcəyini çox yaxşı bilirlər. Eyni zamanda, həmin ölkələr Azərbaycanın da imkanlarını və BRİCS-ə verəcəyi tövhələri çox dəqiq bildiklərindən onlar bu prosesi dəstəkləyəcəklər”.

Bu sözləri politoloq Oktay Qasımov Hindistanın Türkiyənin və Azərbaycanın BRİCS-ə üzv olmasını istəməməsini Poliqon-a şərh edərkən qeyd.

Son olaraq yayılan məlumata görə Hindistana Türkiyənin BRİCS-ə üzv olmasına qarşı çıxır və bunu Türkiyənin Pakistanla müttəfiq olması ilə əlaqələndirib.

Bəs, son illər Ermənistanın əsas müttəfiqi rolunda çıxış edən Hindistan eyni prizmadan çıxış edərək Azərbaycanın da BRİCS-ə üzvlüyünə veto qoya bilərmi və bu yanaşma ümumilikdə “Qlobal Cənub” adlanan qrupun maraqlarını nə qədər təmin edə bilər?

Mövzu ilə bağlı Poliqon-un əməkdaşı politoloq Oktay Qasımovun fikirlərini öyrənib.

Oktay Qasımov: “Azərbaycan və Türkiyə qərarlı olacaqları təqdirdə BRİCS-ə üzvülük məsələsi də öz həllini tapacaq”.

Hindistanın sona qədər bu məsələlərdə qeyri-konstruktiv mövqeyini davam etdirəcəyini düşünməyən politoloq Poliqon.-a açıqlamasında əlavə edib ki, əgər belə olacaqsa, bu açıq şəkildə Hindistanın Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik mövqeyinin sərgiləməsinə gətirib çıxaracaq. Bu da gələcək dövrlərdə daha çox Hindistanın zərərinə işləyəcək:

“Hindistanın Türkiyənin BRİCS-ə üzv olmasına mane olmağa cəhd göstərəcəyi gözlənilən idi. Eyni zamanda, Hindistanın Azərbaycana qarşı eyni münasibəti sərgiləcəyinə heç şübhə yoxdur. Çünki hal-hazırda Hindistan Güney Qafqazda destruktiv rol oynayan ölkələrdən biridir. Məhz həm Fransa, həm də ABŞ-ın təhriki ilə Ermənistanı silahlandıran əsas ölkə durumundadır. Hindistan BRİCS-dəki imkanlarından istifadə edərək Türkiyənin və Azərbaycanın həmin təşkilata üzv olmasına mane olmağa çalışacaq.

Hesab edirəm ki, BRİCS-də Hindistan başqa digər önəmli ölkələr var. Bunlar Çin, Rusiya, Braziliya, Cənubi Afrika və digər ölkələr Türkiyənin BRİCS-ə üzv olmasının təşkilata hansı üstünlük gətirəcəyini çox yaxşı bilirlər. Eyni zamanda, həmin ölkələr Azərbaycanın da imkanlarını və BRİCS-ə verəcəyi tövhələri çox dəqiq bildiklərindən onlar bu prosesi dəstəkləyəcəklər. Həmin ölkələr Hindistanı da bu mövzuda korrektələr etməyə çalışacaqlar.

Həm Azərbaycan, həm də Türkiyə Pakistanın müttəfiqi olmaqla bərabər hər iki ölkə beynəlxalq hüquqa hörmət edən ölkələrdir. Hər iki ölkə BMT qərarlarına uyğun olaraq Kəşmir məsələsinin ədalətli həllindən yanadırlar və Hindistanın işğalına son qoymağın tərəfdarı olan ölkələrdir. Bu baxımdan, Hindistanın hər iki ölkəyə olan münasibəti onların imkanlarına və mövqelərinə təsir edəcək deyil. Doğrudur, hal-hazırda Hindistan dünyada iqtisadi gücünə görə 5-ci ölkə olsa da, hələlik daha çox Qərbin təşviq və təhrikləri ilə müəyyən addımlarını atır.

Oktay Qasımov: “Hindistan gələcəkdə Orta Asiyada da öz nüfuzunu gücləndirmək istəyir və bu prosesdə də Azərbaycanla Türkiyənin ona əngəl törədəcək əsas güclərdən olduğunu bildiyindən bütün vasitələrlə hər iki ölkənin mövqelərinin güclənməsinə qarşı çıxmağa çalışacaq”.

Əslində Hindistanın Azərbaycan və Türkiyə ilə problemi yalnız Pakistanla bağlı deyil. Eyni zamanda, Hindistan gələcəkdə Orta Asiyada da öz nüfuzunu gücləndirmək istəyir və bu prosesdə də Azərbaycanla Türkiyənin ona əngəl törədəcək əsas güclərdən olduğunu bildiyindən bütün vasitələrlə hər iki ölkənin mövqelərinin güclənməsinə qarşı çıxmağa çalışacaq.

Bütün bunlara baxmayaraq, Azərbaycan və Türkiyə qərarlı olacaqları təqdirdə BRİCS-ə üzvülük məsələsi də öz həllini tapacaq. Çünki nə Çin, nə Rusiya, nə də digərləri Hindistanın destruktiv fəaliyyətindən heç də məmnun qalmayacaqlar. Nəzərə almalıyıq ki, Hindistanın özü əslində ən böyük problemi olduğu Çinlə bur blokda təmsil olunur. Bu baxımdan düşünmürəm ki, Hindistan sona qədər bu məsələlərdə qeyri-konstruktiv mövqeyini davam etdirəcək. Əgər belə olacaqsa, bu açıq şəkildə Hindistanın Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik mövqeyinin sərgiləməsinə gətirib çıxaracaq. Bu da gələcək dövrlərdə daha çox Hindistanın zərərinə işləyəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Ən çox oxunanalar