Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hizbullah: İsrail Livandakı peycer təxribatına görə cavab alacaq...

Radikal şiə hərəkatı “Hizbullah” Livanda peycerlərin partladılmasına görə cavab verəcəyini vəd edib...

“Hizbullah” hərəkatı Livanda peycerləri partlatdığına görə İsrailə cavab verəcəyini vəd edib.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu barədə hərəkatın partlayan qurğularla bağlı bəyanatında bildirilib.

“Livandakı İslam Müqaviməti əvvəlki kimi Qəzzəyə dəstək əməliyyatlarını davam etdirəcək. Bu, davam edən bir prosesdir, lakin çərşənbə axşamı günü Livan xalqına qarşı törətdiyi qırğına görə düşmən gözlədiyi sərt cavab ayrı olacaq”, deyə təşkilatların nümayəndələri bildiriblər.

Xatırladaq ki, sentyabrın 17-də axşam saatlarında Livanda peycerlər partladılıb və partlayışlar nəticəsində azı 4 min adam yaralanıb. Ölkənin Səhiyyə Nazirliyi xəstəxanalarda fövqəladə rejim elan edib.

İlkin sübutlar göstərir ki, partlayışlar İsrail kəşfiyyat orqanlarının “Hizbullah” üzvlərinin peycerlərinə kiberhücum nəticəsində baş verib. Qapalı kanal vasitəsilə göndərilən mesajdan sonra qurğular partlayıb.

“Əl-Cəzirə” telekanalı mənbələrə istinadən xəbər verir ki, peycerlərə Livana gətirilməmişdən əvvəl partlayıcılar yerləşdirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar