Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Livan “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah peycerlərdə baş verən partlayışlarda xəsarət almayıb...

APA xəbər verir ki, bu barədə “Reuters“ polisdəki mənbələrə istinadən məlumat yayıb.

“Hizbullah” hərəkatı Livanda rabitə cihazlarının partladılması ilə bağlı təfərrüatlı təhqiqat aparır. Bu barədə hərəkatın "Telegram" kanalında dərc olunan bəyanatda deyilir.

BMT Livanda yüzlərlə insanın yaralanmasına səbəb olan peycerlərin partlayışlarından son dərəcə narahatdır və dinc əhalinin ölümünü pisləyir.

Bunu brifinqdə təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

***

Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində ölənlərin sayı 1500-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində yaralanan İran səfiri Müctəba Əman xəstəxanaya yerləşdirilib. Onun durumu ağır deyil.

Livanın səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad bildirib ki, ölkə xəstəxanaları qurbanlarla doludur: “Biz bütün tibb müəssisələrində yüksək hazırlıq elan etmişik, bir neçə yüz həkim səfərbər olunub”, - o deyib.

F.Abyad qeyd edib ki, yaralıları çatdırmaq üçün 50 təcili yardım maşını səfərbər olunub.

Onun sözlərinə görə, partlayışlar İsrailin təxribatı nəticəsində baş verib.

***

Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində baş verən partlayışda "Hizbullah"ın minə yaxın döyüşçüsü yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Livanda partlayan rabitə cihazları "Hizbullah"ın son aylarda əldə etdiyi modellərdəndir.

***

Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb.

"Report" xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, qurğular Livanın cənubunda partlayıb. Məlumata görə, partlayış yarım saat davam edib.

Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.

İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb. Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.

"Hizbullah" mənbələri bunu İsraillə təxminən bir ildir davam edən müharibədə ən ciddi təhlükəsizlik problemi kimi qiymətləndirib.

Beyrutdakı partlayışda İran səfiri Müctəba Əmani də yaralanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar