Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus gəmilərinin qarşılanması barədə: “Ermənistana 450 ton silah verdiklərini xatırlatmaq olardı”

Rus hərbçilərini qarşılamaq üçün rəsmi bir törənə mütləq bir ehtiyac var idisə bunu fərqli ssenaridə də etmək olardı.

Rus hərbçiləri rəsmi qarşılandıqdan sonra “Xocalı soyqırımı” abidəsinə ziyarətə götürülər və bu soyqırım tarixcəsini müşayətçilər nəzakətlə ruslara izah edər, soyqırımda iştirak edən 366-cı alayın, o dönəmdə Rusiyada hakimiyyətdə olanların lənətlə xalqımız tərəfindən xatırlandığını nəzərlərinə çatdırardı. O dönəmdəki Rusiya hakimiyyətinin xalqlar arası münasibətə ağır zərbə vurduğunu gəlmə heyyətə başa salar, o dönəm hakimiyyətinin məsuliyyət daşıdığını ifadə edərdi. Buradan rus hərbçilərini Şəhidlər xiyabanına əklil qoyma mərasiminə apararaq 20 yanvar Şəhidlərinin ziyarət etdirərək o tarix, SSRİ vəhşiliyi, marşal Yazov haqda, digər Şəhid məzarlarını göstərərək Ermənistanın Azərbaycana hücumu və bu insanları işğal naminə öldürdüyünü yüksək çinli rus hərbçilərinə demək olardı. Elə oradaca bu heyyətə çox yaxşı məlum olan son Tovuz hadisələri haqda və Rusiyanın yenə də tarixdən dərs almayaraq yanlış siyasət yürütdüyünü və bu döyüşlərdə Ermənistana 450 ton silah-sursat verdiyini, nəticə etibarilə general, əsgər, mülki şəxslərin şəhid oldugunu xatırlatmaq olardı.

Əgər qarşılanma mərasimində mütləq musiqi sədaları altında qarşılanma zərurəti var idisə “mehtər marşı” ilə rus hərbçiləri qarşılanardı. Dər-dümür içərisində sularımızdan bizə gələrək təhtəlşüurumuza hədə hopduranların şüuraltına “mehtər marşı” ilə biz tək və gücsüz deyilik mesaji vermək olardı.

Mütləq bir qarşılama rəqsinə ehtiyac var idisə qara atlarda qarşılamaya gələrək, kəmərində xəncəl olan qara qafqaz geyimində igidlər rəqsi ifa etmək olardı. Bu qara rituala sual olardısa, hələ General Polad Həşimov başda olmaqla şəhidlərimiz üçün matəm əhvalındayq cavabı verilərdi. Dosta da, düşmənə də ictimayətə də bu ssenari fərqli təsir edər və bu rituallardan fərqli nəticə çıxarılardı...

Fərəc Quliyev,
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri 

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Arabir yağış yağıb, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - Faktiki hava , Yenilənib

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Ən çox oxunanalar