Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Dağlı işi ilə bağlı DİN-dən yeni açıqlama - Video

Rəşad Dağlının azyaşlı oğlunun adına saxta sosial şəbəkə hesabı açılıb...

Hələ bu azmış kimi, həmin profil vasitəsi ilə guya meyxanaçıya dəstək adı ilə pul yığılır.

Pravda.az XəzərTV-yə istinadən xəbər verir ki, bir necə gündür tik-tok sosial şəbəkəsində Rəşad Əmirovun oğlu Yusif Əmirovun adına "atama dəstək olun" adlı saxta profil açılıb.

Hətta profildə Rəşad Dağlı ilə bağlı yazılar, videolar paylaşılıb. Saxta hesabın Rəşad Dağlının oğlu ilə əlaqəsi olmadığı, dələduzluq məqsədilə yaradıldığı bildirilib.

Rəşad Əmirovun Dostu Ataş Hüseynin sözlərinə görə, belə bir vaxtda bu addımın kim və ya kimlərsə tərəfindən atılması sadəcə olaraq Rəşadın ailəsinə böyük zərbədir.

Ataş Hüseyn bildirib ki, Yusifin bir dənə sosial şəbəkə profili var və onun adına açılan başqa profillərdən ailə bixəbərdir.

Rəşad Dağlının vəkili Elvin Əliyevlə də əlaqə saxladıq. O da açıqlamasında bildirib ki, Rəşad Dağlı və ailəsinin sözügedən yardımlarla heç bir əlaqəsi yoxdur.

"Rəşadla əlaqə saxlayıb bu barədə danışmışam. Onun və ailəsinin yığılan pullarla bağlı heç bir məlumatı yoxdur, onlar belə bir təşəbbüs göstərməyiblər. Rəşad onu sevənlərə və həssaslıq göstərənlərə təşəkkür edir. Lakin belə bir yardıma ehtiyac yoxdur. Bu pullar qanunsuz şəkildə yığılır. Xahiş edirəm ki, vətəndaşlar belə hallara aldanmasınlar", - deyə Elvin Əliyev qeyd edib.

Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev isə məsələ ilə bağlı bildirib ki, bununla bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, tanınmış meyxanaçı Rəşad Dağlı qonşusu İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilir.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

pia.az

 

 


Etiket: Rəşad Dağlı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Pentaqon İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki qüvvələri yenidən formalaşdırır

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

“Qisas” antiterror əməliyyatından iki il ötür

Yasamaldakı MİDA yaşayış kompleksində yanğın olub - Foto,Video

Ən çox oxunanalar