Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramazan ayında oruc tutana xüsusi nemətlər verilər

Məsumlarımız (ə) mübarək Ramazan ayı (ə) haqqında nələri buyurmuşdular?...

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan (ayı) ona görə belə adlandırılmışdır ki, günahları yandırar".

İmam Baqir (ə) buyurur: "Deməyin ki, Ramazan gəldi və Ramazan getdi. Çünki Ramazan - Allahın adlarındandır ki, getmir və gəlmir. Gedib-gələn şey - aradan gedəndir. Deyin ki, Ramazan ayı. Ayı ona əlavə edin.

Ramazan ayı o aydır ki, Quran onda nazil olmuşdur və Allah onu bayram qərar vermişdir".

Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! Həqiqətən, Allahın bərəkətli və rəhmətli ayı siz üz çevirmişdir. O ay ki, Allah yanında ən üstün aydır. Gündüzləri - ən yaxşı gündüzlər, gecələri - ən yaxşı gecələrdir. Elə bir aydır ki, bu ayda Allah qonaqlığına dəvət olunarsınız".

Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətimə Ramazan ayında beş şey verilər ki, məndən əvvəl heç bir ümmətə verilməmişdir.

Ramazan ayının ilk günü Allah onlara nəzər salar. Hər kimə ki, Allah nəzər salar, ona artıq əzab verməz. Ağızlarının iyi - Allah yanında müşkdən də xoş ətirlidir.

Mələklər onlar üçün hər gecə və gündüz bağışlanma istəyərlər. Allah behiştə əmr edər: "Özünü mənim mömin bəndələrim üçün bəzə".

Ramazan ayının sonuncu gecəsi gəlib çatanda Allah hamını bağışlanmış və əfv olunmuş qərar verər".

Həzrət Peyğəmbər (s) buyurur:

"Hər kim Allah üçün oruc tutar, Allah ona yeddi şey verər:

1. Haram onun bədənində əriyər.

2. İlahi rəhmətə yaxınlaşar.

...

4. Ölümün can verməsi onun üçün asan olar.

5. Qiyamət günündə aclıq və susuzluqdan amanda olar.

6. Allah ona atəşdən bəraət verər.

7. Behiştin ləzzətli yeməklərini onun ruzisi edər". (Milli.Az)

pia.az

 


Etiket: Ramazan ayı oruc


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay