Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quterreş: Neo-nasist və ağ irqçi hərəkatlar bəzi ölkələr üçün təhdidə çevirilir...

Neo-nasist və ağ supremasist (ağ irqçi) hərəkatlar bir sıra ölkələrdə daxili təhlükəsizliyə ən böyük təhdid halına gəlir...

Poliqon xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş deyib.

“İŞİD və “Əl-Qaidə” Afrikadakı filialları Sahel kimi yerlərdə sürətlə üstünlük qazanır və cənuba - Qvineya körfəzinə doğru irəliləyir. Neo-nasist və ağ irqçi hərəkatlar sürətlə bir sıra ölkələrdə əsas daxili təhlükəsizlik təhdidlərinə çevrilir. Terrorizmlə mübarizəyə gəlincə, biz bu qlobal təhlükəyə qarşı bir yerdə dayanmalıyıq”, deyə Baş katib bildirib.

“Çirkli pulların yuyulması, qeyri-qanuni mədənçıxarma, silah, narkotik, qədim əşyalar və insan alveri kimi cinayət fəaliyyətləri terror maliyyələşdirir. Terrorizm dünyamızı bürüyən mürəkkəb böhranlar sayəsində inkişaf edir. Qıt resurslar uğrunda rəqabəti artıran və insanları evlərini tərk etməyə məcbur edən artan iqlim dəyişikliyi də ciddi təhlükədir”, deyə Quterreş əlavə edib.

Baş katib kiberməkanda ayrı-seçkilik təhlükəsi və nifrət ritorikasına qarşı xəbərdarlıq edib: "Biz bu illər ərzində bəzi mühüm nailiyyətlər əldə etsək də, terrorizm və zorakı ekstremizm kök salmaqda və böyüməkdə davam edir".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay