Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: "Qalatasaray"la oyun üçün digər klublardan 2-3 müdafiəçi götürə bilərik"

"Bu matç üçün digər klublardan 2-3 müdafiəçi götürə bilərik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Türkiyə "Qalatasaray"ına qarşı keçirəcəkləri xeyriyyə oyunu barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis hələlik oyunçularla bağlı heç bir komandaya rəsmi müraciət ünvanlanmadığını bildirib: "Çünki hesablamalarımıza görə əlimizdə 12 futbolçu qalmalıdır. Oyuna 2-3 gün qalmış digər komandalara müraciət edə bilərik. Yassin Benzia və Adama Diakabinin hazırlığı həmin vaxtadək tam bəlli olacaq. Martın 19-na kimi komandaya istirahət verdim. Hər iki oyunçu fasilədən sonra kollektivlə birgə məşq etməlidir. Amma müdafiə xəttində çatışmazlıqlarımız olacaq. Çünki əlimizdə yalnız Rahil Məmmədov, Maksim Medvedev və Kevin Medina qalacaq. Zədəli Bədavi Hüseynovun durumu bəlli deyil. Maksimin qızdırması var, ona görə bu gün ehtiyatda da deyildi. Qarşıdakı hazırlıq prosesindən çox şey asılı olacaq. Digər mövqelər üçün də klublardan futbolçular istəyə bilərik".

O, İstanbul nəhənginin qarşısına hücumçusuz çıxmayacaqlarını söyləyib: "Müasir futbolda bəzən mərkəz hücumçusuz daha çox oynayırlar. Həmin mövqe üçün seçim imkanımız var. Amma ehtiyac yaranarsa, hücum xətti üçün də digər klublara müraciət edəcəyik".

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq. Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Qərbi Azərbaycan İcması Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı qınayıb

Ən çox oxunanalar