Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakan Fidan Netanyahunun Hitlerin taleyini yaşayacağını bildirib

İsrailin baş naziri Benyamin Netanyahu Almaniyanın nasist lideri Adolf Hitlerin taleyi yaşaya bilər...

Poliqon xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Soyqırımçı Netanyahunun sonu soyqırımçı Hitlerin sonu ilə eyni olacaq", deyən Türkiyə XİN başçısı bəşəriyyətin fələstinlilərin tərəfində olacağını vurğulayıb.

"Soyqırımçı Hitlerin sonunun çatdığı kimi, soyqırımçı Netanyahu da sona çatacaq. Necə ki, soyqırım törədən nasistlər buna görə cavab verdilər, fələstinliləri məhv etməyə cəhd edənlər də cavab verəcəklər. Bəşəriyyət fələstinlilərin yanında olacaq. Fələstinliləri məhv edə bilməyəcəksiniz", deyə nazir bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan Fələstin xalqını dəstəkləməklə insanlığın vicdanının səsinə çevrilib:

"Prezidentimiz bəşəriyyətin vicdanının səsinə çevrilib. Bu haqq səsi boğmaq istəyən beynəlxalq sionist dairələr, xüsusən də İsrail böyük təşviş içindədir. Tarix bütün soyqırımlar və onların tərəfdarları üçün eyni şəkildə başa çatıb".

Bundan əvvəl Ərdoğan Türkiyənin İsrailə qoşun göndərə biləcəyini demişdi. Onun sözlərinə görə,“belə addımlar atmaq üçün Türkiyə güclü olmalıdır:

"Necə ki, Qarabağa, Liviyaya girmişik, onlara da eynisini edəcəyik. Edilməyəcək bir şey yoxdur. Yalnız biz güclü olmalıyıq ki, bu addımları ata bilək. Əgər biz bu gün İsrailə qarşı ən sərt bəyanatı veririksə, onlarla bütün ticarətimizi kəsmişiksə, əlaqələrimizi kəsmişiksə, demək bundan artığını da edə bilərik".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Qərbi Azərbaycan İcması Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı qınayıb

Ən çox oxunanalar