Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

ABŞ hakimiyyəti Beyrutda Livanın “Hizbullah” hərəkatının hədəflərinə cavab zərbəsi endirilməsi səbəbindən İsraili münaqişənin genişlənməsi təhlükəsi barədə xəbərdar edib...

Poliqon xəbər verir ki. bu barədə “Axios” portalı amerikalı və israilli rəsmiyə istinadən məlumat yayıb. Nəşrin İsraildəki həmsöhbətinin sözlərinə görə, Amerika tərəfi Beyruta hücumun “qırmızı xətt”ə çevrilə biləcəyini bildirib.

“Axios”un məlumatına görə, Amerika hökumətinin vəziyyətlə bağlı fikrini İsrail tərəfinə ABŞ prezidentinin baş müşaviri Amos Hokşteyn çatdırıb. İsrailin müdafiə naziri Yoav Gallant ilə söhbətində Hokşteyn İsrailin “Hizbullah” hücumlarından qorunmaq hüququna malik olduğunu, lakin münaqişəni “tamamilə gərginləşdirməməli” olduğunu bildirib. Ağ Ev nümayəndəsi həmçinin İsrail hərbçilərini mülki itkiləri minimuma endirməyə çağırıb.

İsrailli mənbə isə portala bildirib ki, İsrailin cavab zərbəsi “Hizbullah”la bir neçə günlük intensiv döyüşə gətirib çıxaracaq ki, bu da sonradan müharibənin daha geniş ərazilərə sıçramasına səbəb ola bilər.

“Hər iki tərəfin irəliyə doğru daha bir addım atacağı aydındır, lakin uçuruma düşməkdən qaça bilməyəcəkləri bəlli deyil”, deyə İsraildəki mənbə Axios-a deyib.

Qeyd edək ki, İsrailin Müharibə Nazirləri kabineti dünın iclas keçirərək, baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallanta Livan “Hizbullah”ının Qolan təpələrinə hücumuna cavab vermək hüququ verib. Hansı səviyyədə cavab zərbəsinin endirilməsinin planlaşdırıldığı barədə məlumat verilmir.

Xatırladaq ki, iyulun 27-də İsrailin nəzarətində olan Qolan təpələrinin bir hissəsi Livan ərazisindən kütləvi atəşə məruz qalıb. İsrail ordusunun məlumatına görə, mərmilərdən biri uşaqların olduğu futbol meydançasına düşüb. Qolan təpələrində 10-20 yaş arası 12 nəfər həlak olub, onlarla insan yaralanıb. İsrail, zərbələrin “Hizbullah” tərəfindən İran raketlərindən istifadə edərək həyata keçirildiyini bildirir. Hərəkat özü hücumlarda iştirakını inkar edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Ən çox oxunanalar