Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurani-Kərimdə axirət aləmi və onun adları

Axirət aləminin ən məşhur adı Qiyamətdir. Bu söz "qiyam" sözündən götürülmüş və Qurani-Kərimdə "yəvmul-Qiyamət" (Qiyamət günü) ifadəsi ilə yetmiş dəfə işlənmişdir. Bəzi ayələrdə, o cümlədən, "Rum" surəsinin 12-ci ayəsində - يَوْمَ تَقُومُ السَّاعَة -"Saatın qiyam edəcəyi (qopacağı) gün" - ifadəsi ilə belə buyurulur:

وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُبْلِسُ الْمُجْرِمُونَ

"Saatın qopacağı gün (Qiyamət günü) günahkarlar ümidsiz (və sərgərdan) olacaqlar."

(Ayədə qeyd olunanيُبْلِسُ "yublisu" ifadəsi "iblas" sözündən götürülmüş və Rağib İsfahaninin qeydlərinə əsasən, ümidsizlikdən yaranan qəm-qüssə mənasını ifadə edir. Bəzi lüğət alimləri isə onu naümid, bəziləri də sübutsuzluqdan qaynaqlanan sükut kimi mənalandırmışlar.)

Günahkarlar həmin günü ümidsizlikdən qəm-qüssə içində sakit qalacaqlar. Çünki öz əməllərinin nəticəsini görəcəklər, bir halda ki, çirkin işlərini aradan qaldırmaq üçün bir çarə tapa bilməyəcəklər.

Fəxr-Razi öz təfsir kitabında yazır: Ümidsizlik iki qismə bölünür:

Bəzən, ümidsizlik insanın rahatlıq səbəbidir; bu, insanın intizarda olduğu və həyatının zəruri halına aid olmadığı yerə aiddir. Bu halda ümidsizlik rahatlıq və aramlığa səbəb olur.

Bəzən də, insanın möhkəm ehtiyac duyduğu yerə aid olur. Aydındır ki, bu yerdə ümidsizlik öldürücü heyrət, sərgərdanlıq və qəm-qüssə ilə nəticələnir. "İblas" ifadəsi ikinci qismə aiddir. Halbuki "yə`s" (ümidsizlik) ifadəsi belə deyildir.

"Qiyamət"lə bağlı bəzi ayələrdə belə buyurulur:

يَوْمَ يَقُومُ الْحِسَابُ

"Haqq-hesab çəkilən gün." ("İbrahim", 41.)

Bəzi ayələrdə buyurulur:

يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ

"O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda duracaqlar!" ("Mutəffifin", 6.)

Bəzi ayələrdə buyurulur:

يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا

"Ruhun və mələklərin səf-səf duracağı gün..." ("Nəbə", 38.)

Bəzi ayələrdə buyurulur:

وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ

"Şahidlərin şəhadətə qalxacağı gün." ("Qafir (Mumin)", 51.)

Saatın qopacağı gün, hesab-kitab günü, insanların duracağı gün, mələklərin və şahidlərin şəhadət verəcəyi gün və hər şeyin qiyam edəcəyi gün.

Diqqəti cəlb edən odur ki, bu təbir arasında qiyamus-sahət (saatın qopacağı) ifadəsi xas məna kəsb edir. Çünki saat, məlum olduğu kimi, zamanın tərkib hissəsidir. Görəsən, zaman qopub qiyam edirmi? Bəzi təfsir alimlərinin qeydlərinə əsasən, bu ifadə qiyamı və qopacağı təsəvvür olunan Qiyamət gününün canlı varlıq olduğunu sübut edir. ("Peyami-Quran", Ayətullah Məkarim Şirazi, c.5, səh.33-34.)(Milli.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Ən çox oxunanalar