Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qubadlı” əlahiddə sərhəd diviziyasında 2 yaşayış binası əsaslı təmirdən sonra istifadəyə verilib - Video

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq may ayının 25-də Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında 2 yaşayış binası əsaslı təmirdən sonra istifadəyə verilib...

Poliqon xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən Dövlət Sərhəd Xidmətinin bölmələrində ardıcıl olaraq müasir standartlara cavab verən sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması, inkişaf etdirilməsi, şəxsi heyətin xidmət və sosial-məişət şəraitinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər dövlətimizin ali rəhbərliyinin hərbi təhlükəsizlik məsələlərini daim diqqətdə saxladığının əyani sübutudur. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb, xidmətlərində uğurlar arzulanıb. Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov xidməti istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib və hərbi qulluqçuların ailə üzvləri ilə görüşüb. Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay