Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlunun təşkilatı qurultaya hazırlaşır

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının təsis qurultayının gündəliyi açıqlanıb. Qurultay oktyabrın 17-si internet vasitəsilə keçiriləcək.

Partiya Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında qurulur. 2015-ci ildə yaradılmış təşkilata iqtisadçı alim Qubad İbadoğlu sədrlik edir.

Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, oktyabrın 13-də qurultaya hazırlıq üzrə təşkilat komitəsinin toplantısı keçirilib: “İclasda ADR Partiyasının təsis qurultayının müzakirəsinə təqdim ediləcək sənədlərin yekun layihələri müzakirə olunub, qurultay öncəsi durum dəyərləndirilib, təşkilat komitəsi üzvləri arasında iş bölgüsü aparılıb. Qurultayda partiyanın nizamnamə və proqramı qəbul ediləcək, partiya sədri, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiləcək, Ali Məclisin tərkibi təsdiqlənəcək”.

Siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda ölkədə 56 siyasi partiyanın dövlət qeydiyyatı var.

Qubad İbadoğlu 1971-ci il sentyabrın 12-də Füzuli rayonunun Aşağı Güzlək kəndində doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini və həmin təhsil ocağının aspiranturasını bitirib. İqtisad elmləri namizədidir.

Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, “Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib, 2014-2015-ci illərdə BMT-nin İnkişaf Proqramının xətti ilə Qırğızıstan hökumətində müşavir vəzifəsində çalışıb.

Uzun illər Müsavat Partiyasının rəhbərliyində təmsil olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar