Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Finlandiya NATO ilə ölkəyə qoşun yerləşdirilmısi ilə bağlı danışıqlar aparır

Müdafiə Nazirliyinin rəhbəri Antti Hyakkyanen bildirib ki, Finlandiya NATO-nun bir neçə ölkəsi ilə ölkə ərazisində mümkün qoşun yerləşdirməsi ilə bağlı danışıqlar aparır...

Poliqon Finlandiyanın “Yle” nəşrinə istinadən xəbər verir ki, Hyakkyanen danışıqların hansı ölkələrlə aparıldığını dəqiqləşdirməyib, lakin bildirib ki, söhbət Şimali Avropa dövlətlərindən və alyansın digər üzvlərindən gedir.

Müdafiə naziri qeyd edib ki, hazırda NATO ölkələrinin Finlandiyanın təhlükəsizliyini təmin etmək üçün hansı qoşun strukturlarını ayıra biləcəyi müzakirə olunur. Müdafiə idarəsi rəisinin sözlərinə görə, hərbçilər Finlandiyada uzun müddət yerləşdirilə bilər, lakin daimi əsaslarla deyil.

“Söhbət real hərbi təhlükənin olmadığı, lakin vəziyyətin gərgin olduğu, yəni vəziyyətin NATO nizamnaməsinin beşinci maddəsinə aid olduğu situasiyalardan gedir”, deyə “Yle” Antti Hyakkyanendən sitat gətirir.

Qeyd edək ki, NATO nizamnaməsinin beşinci maddəsi alyansa üzv olan ölkələrdən birinə hücum zamanı kollektiv müdafiəni nəzərdə tutur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ən çox oxunanalar