Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QMİ sədri Gürcüstan azərbaycanlılarına təşəkkür edib - Foto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Tbilisidə Gürcüstanın azərbaycanlı icmasının üzvləri ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə Gürcüstanın müsəlman dini liderləri, ruhanilər, Gürcüstan Patriarxlığının nümayəndələri də iştirak ediblər.

Mərasimdə Qurandan ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında tədbir iştirakçılarına QMİ sədrinin səfəri barədə məlumat təqdim edib.

O, QMİ sədrinin Gürcüstan Patriarxı II İlya tərəfindən "Dostluq" ordeni ilə təltif edildiyini diqqətə çatdırıb. Diplomat dini liderlərin yaxın dostluq əlaqələrinin Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi töhfələr verdiyini vurğulayıb.

QMİ sədri çıxışında Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlıq, II İlya ilə 40 ildən çox davam edən dostluq münasibətlərindən söz açıb. O, 44 günlük Vətən müharibəsi dövründə Gürcüstandakı soydaşlarımızın Azərbaycana göstərdikləri böyük maddi və mənəvi yardıma görə təşəkkür edib.

F.Quliyev II Qarabağ müharibəsində Gürcüstan əsilli 22 nəfərin şəhidlik zirvəsinə ucaldığını qeyd edərək, Allahdan onlara rəhmət diləyib.

Şeyxülislam A.Paşazadə gürcüstanlı soydaşlarımıza milli mənsubiyyətlərini, milli-mənəvi dəyərlərini qoruyub saxlamağa çağırıb, mənsəbindən asılı olmayaraq hamını birliyə və mehribanlığa dəvət edib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanla münasibətlərə böyük önəm verdiyini, soydaşlarımıza xüsusi hörmət və qayğı ilə yanaşdığını qeyd edib.

Mərasim digər natiqlərin çıxışları ilə davam etdirilib. Sonda tədbir iştirakçlarına Qurani-Kərim kitabları, dini və digər mövzularda nəşrlər hədiyyə olunub.

pia.az 

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar