Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal sorğu: Zəngin ölkələrin vətəndaşları iqtisadi nikbinliyini itirib…

2022-ci ilin sonunda dünya sakinlərinin yalnız 40%-i yaxın 5 ildə ailələrinin daha yaxşı yaşayacağına inanır. Bu 2021-ci illə müqayisədə 10% azdır…

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Edelman qrupunun 28 ölkədə keçirdiyi sorğuya istinadən məlumat yayıb.

Edelman Trust Baromert-in məlumatları göstərir ki, rəyi soruşanların ən pessimistləri inkişaf etmiş iqtisadiyyatlara malik ölkələrdə yaşayanlardır: ABŞ (36%), Böyük Britaniya (23%), Almaniya (15%) və Yaponiya (9%).

Hesabatda bildirilir ki, sürətlə inkişaf edən iqtisadiyyatlar keçən illə müqayisədə daha aşağı inkişafa sahib olsalar da, xeyli yüksək nəticə əldə ediblər. Yalnız Çin bu tendensiyanı 1 faizlik artımla qarşılayıb.

Bu cür qorxular Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etdiyi və mərkəzi bankların inflyasiya ilə mübarizə aparmaq üçün kredit faizlərini artırması ilə bağlı qlobal iqtisadiyyatın vəziyyəti ilə bağlı dərin qeyri-müəyyənliyi əks etdirir.

Sorğu cəmiyyətlərin pandemiya və inflyasiyanın təsirlərinə görə necə bölündüyünü də təsdiqləyib. Daha yüksək gəlirli ailələr hələ də hökumət, biznes, media və QHT kimi qurumlara etibar edirlər. Amma aztəminatlı təbəqələr arasında gəlirlərin azalması geniş yayılıb.

“Bu rəy sorğusu həqiqətən, yenidən dünyada və ölkələrdə böyük bir sinif bölünməsini göstərdi”, rəy sorğusunu şərh edən Riçard Edelman deyib.

Sorğu həmçinin aşağı gəlirli ev təsərrüfatları arasında qurumlara inamsızlığın artdığını üzə çıxarıb. Edelman “İnam indeksi” çərçivəsində ABŞ-ın yüksək gəlirli respondentləri arasında əsas qurumlara etimadın orta səviyyəsinin 63% olduğunu qeyd edib. Aztəminatlı qruplar arasında bu rəqəm cəmi 40%-ə düşüb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Ən çox oxunanalar