Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızını diləndirən qaraçı qadın: “Məcburuq, çörəyimiz buradan çıxır” - Video

Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar

PİA.az xəbər verir ki, Baku TV-nin əməkdaşları istismara məruz qalan qaraçı uşaqlarından biri ilə həmsöhbət olublar.

Adının Fatimə olduğunu deyən uşaq gündəlik salfet satmaqla qazandığı pulu anasına aparır.

Azyaşlının xalası, adının Əfsanə olduğunu deyən qadın da qaraçıdır. Ondan uşaq əməyini niyə istismar etdiyini soruşduqda isə cavabı belə olub:

“İmkanım yoxdur, nə edim? Bunu xoşumuza gəlir deyə etmirik, məcburuq, çörəyimiz buradan çıxır”.

Fatimə məktəbə getmədiyini desə də, xalası bunu inkar edib.

Daxili İşlər Nazirliyindən isə bildirilir ki, yalnız qaraçılar deyil, ümumiyyətlə, dilənçilərin şəhər küçələrində olmasına icazə verilmir. Onların kimliyi, yaşadıqları yer polis məntəqələrində müəyyənləşdirilir və onlar evlərinə göndərilir.

Bəzən polis əməkdaşları öz hesablarına avtobus tutur, qaraçıları yaşadıqları rayonlara, əsasən isə məskunlaşdıqları Yevlaxa yola salırlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Ən çox oxunanalar