Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyası layihəsinə dair dinləmələr keçirilib

Qərbi Azərbaycan İcmasında, İcmanın rəhbər heyətində təmsil olunan ziyalılar və bir qrup alim və mütəxəssislə “Qayıdış Konsepsiyası” layihəsinə dair təkliflərlə bağlı dinləmələr keçirilib...

Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən "Report"a bildirilib ki, tədbiri giriş sözü ilə açan İcmanın sədri, deputat Əziz Ələkbərli əvvəlcə ümumilikdə İcmanın qarşısında duran vəzifələrdən bəhs edib. İcma sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı bir qrup ziyalı ilə görüşündəki proqram xarakterli çıxışında irəli sürdüyü “Qayıdış Konsepsiyası” layihəsi üzərində iş gedir. Bildirib ki, Qərbi Azərbaycana, ata-baba yurdlarına qayıtmaq bu insanların haqqıdır və bu prosesin beynəlxalq konvensiyalardakı geri qayıtmaq hüququ, eləcə də sülh yolu ilə baş tutmasına dair konsepsiya layihəsində bu kimi məsələlərə xüsusi diqqət yetirilir. Bununla bağlı tədbirdə iştirak edən ziyalıların fikirlərinin və təkliflərinin dinlənilməsinin önəmini vurğulayan sədr, təkliflərini səsləndirmək üçün sözü istirakçılara verib.

İcmanın qadınlar şurasının rəhbəri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Etibar Əliyev, İcmanın Nəzarət – Təftiş komissiyasının rəhbəri Vahid Novruzov, MQF-nin prezidenti Rauf Zeyni, professor İbrahim Bayramov, Tarixçi alim Nazim Mustafa, tədqiqatçı alim Nazir Əhmədli, professor Qaley Allahverdiyev və digərləri “Qayıdış Konsepsiyası” layihəsi ilə bağlı təkliflərini səsləndiriblər.

Tədbir zamanı, həmçinin İcmanın çağırışına uyğun olaraq, “Qayıdış Konsepsiyası” layihəsinə dair geniş ictimaiyyətdən daxil olmuş yazılı təkliflər nəzərdən keçirilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Ən çox oxunanalar