Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Times: Rusiyanın qırmızı xətlərinin harada olduğunu yalnız Putin bilir...

ABŞ-da Ukraynaya görə ABŞ və Rusiya arasında birbaşa hərbi münaqişə riski barədə həyəcan təbili çalan pessimistlər yanıldılar...

Poliqon xəbər verir ki, bu barədə The Times nəşri yazıb. Nəşr qeyd edir ki, Putinin çoxsaylı təhdidlərinə baxmayaraq, ABŞ Rusiyanın heç bir əhəmiyyətli cavab tədbiri olmadan Ukraynanı silahla, o cümlədən uzaqmənzilli raketlərlə təmin edə bilib.

Vaşinqtondakı "şahinlər" ABŞ-ın gözlənilməz "Armageddon" qorxusunun Ukraynanın müdafiəsinə çox ehtiyac duyulan yardımı əngəlləməsinə imkan verməməkdə getdikcə daha çox israr etsə də, The Times bu düşüncənin bir sıra təhlükələrinin olduğunu bildirir.

"Birincisi odur ki, Rusiyanın "qırmızı xətləri" - keçməsi ABŞ və ya NATO-ya qarşı qisas almağa səbəb olacaq sərhədlər sabitdir, hərəkət etmir. Əslində, onların hara çəkiləcəyi bir nəfərdən asılıdır - Vladimir Putinin Rusiyanın nə etməli olduğuna dair mülahizələri hər şeyi həll edir. Döyüşlərin dinamikası, Qərbin niyyətləri, Rusiya daxilindəki əhval-ruhiyyə və dünyanın qalan hissəsinin ehtimal olunan reaksiyası ilə bağlı baxışlarından asılı olaraq dözümlülük dəyişə bilər", deyə nəşr yazır.

Putin Qərbin Ukraynaya hərbi yardımına cavab olaraq birbaşa hücuma keçməkdən çəkinir. İndi dünya onun "qırmızı xətləri"nin həqiqətən harada olduğunu ancaq onları keçdikdən sonra biləcək.

İkinci problem ondan ibarətdir ki, Rusiyanın Ukraynaya yardımla bağlı hər bir addıma reaksiyasına diqqət yetirməklə, bu yanaşma Putinə kumulyativ təsirini lazımi səviyyədə qiymətləndirmir.

"Rusiya ekspertləri əmindirlər ki, Birləşmiş Ştatlar nüvə müharibəsi qorxusunu itirib - bu qorxu, onların fikrincə, Soyuq müharibə dövründə sabitliyin mərkəzi amili olub" deyə nəşr yazır və qeyd edir ki, hazırda Rusiyanın xarici siyasət elitasında müzakirə olunan məsələ birbaşa hərbi qarşıdurmadan qaçaraq, Amerikanın nüvə eskalasiyası qorxusunu necə bərpa etməkdir.

Eyni zamanda, bəziləri Qərbi şoka salmaq üçün taktiki nüvə silahından istifadəni müdafiə edir, daha mötədil ekspertlər isə nüvə bombasının nümayiş sınağı ideyasını irəli sürürlər. Digərləri isə Ukraynanı hədəfə dair məlumatlarla təmin edən ABŞ peykinə zərbə endirməyə və ya ABŞ-ın "Global Hawk" kəşfiyyat pilotsuz təyyarəsinin vurulmasına çağırır.

Nəşr yazır ki, bu addımlardan hər hansı biri Vaşinqtonla Moskva arasında münasibətlərdə böhrana səbəb ola bilər. Çünki Kreml geniş şəkildə hesab edir ki, Rusiya Federasiyası yaxın gələcəkdə sərt mövqe tutmasa, o zaman ABŞ və onun NATO müttəfiqləri Ukraynanın arsenalına yalnız daha güclü silahlar əlavə edəcəklər ki, bu da son nəticədə Moskvanın nüvə qüvvələrinə zərbələri aşkar etmək və onlara cavab vermək qabiliyyətini təhlükə altına atacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

NATO-da yeni dönəm: Müharibənin kritik anında vəzifəyə gələn Rüttedən nə gözlənilir?..

Metroda yığılan pul nəyə xərclənir? - Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə...

AMB: Daşınmaz əmlakın icbari sığortası ilə bağlı iş aparılır

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Bakıda məktəbdə partlayış - xəsarət alan var - Yenilənib

Ən çox oxunanalar