Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəndin əsas zərəri açıqlandı

Qlükoza və fruktozadan ibarət olan saxaroza bağırsaq mikroflorasının inkişafı üçün vacib olan zülalın formalaşmasına əngəl yaradır

Belə bir nəticəyə ABŞ-ın Yel Universitetinin alimləri gəlib.

Məlum olduğu kimi, bağırsağın mikroflorası insanın sağlamlığında vacib rol oynayır, onun quruluşu qida rasionundan asılı olaraq dəyişir. Buna qədər karbohidratların nazik bağırsağa qədər sovrulduğu, şəkərin isə heç vaxt yoğun bağırsağa qədər gedib çıxmadığı hesab olunurdu. Lakin bu yaxınlarda şəkərin mikrofloraya təsir etdiyi, onun quruluşunu dəyişə bildiyi qeyd olunur.

Alimlər yüksək qlükoza və fruktozadan ibarət pəhrizin siçan orqanizmində faydalı Bacteroides thetaitaomicron bakteriyasına təsirlərini araşdırıb. Məlum olub ki, qlükoza və fruktozadan ibarət olan saxaroza xeyirli bakteriyaların kolonizasiyası üçün vacib olan "Roc" (regulator of colonization/ kolonizasiya tənzimləyicisi) zülalının formalaşmasına əngəl yaradır.

Mütəxəssislər zülal aktivliyi dəyişməyən bakteriyaların ştammını yaradıb.Bu mikroorqanizmlər adətən yüksək karbohidratlı pəhriz zamanı daha fəal şəkildə çoxalıb. (azedu.az)

pia.az


Etiket: Qənd

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay