Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazimiz 55 gündür komadadır: “Maddi imkanımız yetmir...”

Masallı rayon sakini 26 yaşlı Nurlan Əbilov Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanıb. O, 21 senytabrda II Qarabağ Müharibəsi başlamazdan əvvəl ordu sıralarına könüllü olaraq cəlb edilib.
Bu barədə “BakuPost”a məlumat verən qazimizin yaxınları bildirdilər ki, N.Əbilov baş nahiyyəsindən - beynin sol yarımkürəsindən yaralanıb:

“Hazırda M.Topçubaşov adına elmi cərrahiyə mərkəzində müalicə alır və bunadək artıq iki xəstəxana (Modul tipli yeni klinika və Bakı Sağlamlıq Mərkəzi) dəyişdirilib. 55 gündür ki, koma vəziyyətindədir. Səhhətində hələ ki, heç bir irəliləyiş qeydə alınmayıb, hissiyyatı yoxdur. Həkimlər də heç bir məlumat vermir, ancaq deyirlər ki, vəziyyəti ağırdır. Bu gün Hərbi Hospitala yerləşdiriləcək. Biz istəyirik ki, daha yaxşı tibbi avadanlıqlarla təchiz olunmuş klinikalara, yaxud xarici ölkələrə transfer olunsun. Amma bunun üçün maddi imkanımız yetmir. Nurlanın ana-atası da dünyasını dəyişib, bacı-qardaşı da yoxdur. Özü də müharibəyə yollanmamışdan əvvəl Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirməyənə baxmayaraq, fəhlə işləyirdi. 2 övladı var. Ailəsi ilə birlikdə Masallının Şərəfə kəndində yaşayırdı. İndi çətin vəziyyətdə qalmışıq. İcra Hakimiyyətindən də maraqlanmayıblar. Nurlanın öz sağlamlığına qovuşmağı üçün vəsait lazımdır. Dövlət qurumlarından və ya imkanlı şəxslərdən yardım edən olsa, vəsaiti toplaya bilərik”.

Nurlan digər hərbçilərimiz kimi ölkəmizin ərazi bütövlüyü, xalqımızın firavan həyatı uğrunda canından keçməyə hazır olduğunu sübut etdi. Ona biganə qalmamaq və bu çətin günündə maddi-mənəvi dəstək göstərmək hər birimizin borcudur. Yardım göstərmək istəyənlər bu nömrə ilə - (050) 677 - 44-20 əlaqə saxlaya bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay