Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstan da buğda ixracatına qadağa qoydu... - Azərbaycanda çörək problemi olacaq?

Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur və bu ehtiyacın əsas hissəsi Rusiyadan qarşlanır...

Kənd təsərrüfatı eksperti: “Azərbaycanın idxal buğdasının 98.08 faizi Rusiyadan idxal olunur. Buna görə də deyə bilərik ki, buğda tələbatına görə Azərbaycan Rusiyadan tam asılıdır”.

Rusiya Ermənistana, Belarusa, Qazaxıstana və Qırğızıstana taxıl ixracı ilə bağlı qadağa qoyub. Rusiya istəmirdi ki, onun istehsal etdiyi buğdanı bu ölkələr nisbətən aşağı qiymətə alıb, ixrac etsinlər”.

Bu sözləri kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Rusiyadan sonra Qazaxıstanın da buğda ixracatına qadağa qoymasının ölkəmiz üçün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyadan sonra Qazaxıstanda buğda ixracatına qadağa tətbiq etdi. Mərkəz Asiya ölkəsi bunu qlobal qıtlıq təhlükəsi ilə əlaqələndirir. Hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satan Qazaxıstan dünyada 9-cu ən böyük ixracatçıdır. Bundan əvvəl də, 8 milyard dollarlıq ixracatı ilə dünyada xaricə ən çox buğda satan Rusiya və eləcə də 3.5 milyard dollar eksport ilə ilk beşliyə daxil olan Ukrayna da satışı dayandırmışdı. Göründüyü kimi, dünyada ən çox buğda ixrac edən ilk onluq ölkəsindən 3-ü xaricə satışı tamamilə dayandırıb, bir sıra digər ölkələrdə isə məhdudiyyətlər tətbiq olunur.

Bilirik ki, Azərbaycan ancaq RusiyaQazaxıstandan buğda tədarük edir. Azərbaycanın buğda ilə təmin olunmasında hansısa problemlər ola bilər və yaxın zamanlarda çörəyin qiymətinin artması qaçılmaz ola bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli ilə müzakirə edib.

Vahid Məhərrəmli: “Ölkənin çörəyə olan təlabatı Rusiyadan asılı vəziyyətdədir. Bu səbəbdən də ölkədə çörəyin qiymətinin artması gözləniləndir”.

Əgər Azərbaycanın idxal etdiyi buğda yetərli qədər olmasa və problem yaransa, onda Azərbaycan özünün istehsal etdiyi, yəni keyfiyyəti aşağı olan buğdadan çörək bişirmədə istifadə etməyə məcbur olacaq ki, bundan da heyvandarlıq sahəsinin çökəcəyini düşünən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, bu da ölkədə ət və süd məhsulları ilə bağlı ciddi problemlər yaradacaq:

Rusiyanın buğda ixracına qadağa qoyması Azərbaycana aid deyildi. Rusiya Ermənistana, Belarusa, Qazaxıstana və Qırğızıstana taxıl ixracı ilə bağlı qadağa qoyub. Rusiya istəmirdi ki, onun istehsal etdiyi buğdanı bu ölkələr nisbətən aşağı qiymətə alıb, ixrac etsinlər.

Rusiyadan Azərbaycana buğda idxal olunur. Hələ ki, mart ayının statistikası açıqlanmayıb. Amma yanvar-fevral aylarında Rusiyadan Azərbaycana idxal olunan buğdanın miqdarı 6.7 dəfə artıb, dəyər ifadəsində isə bu artım 9.2 dəfədir. Yəni hazırda Azərbaycan keçən ilkindən daha çox buğda idxal edir.

Artıq 7-8 ildir ki, Qazaxıstan idxal üçün buğda istehsal etmir. Onlar digər taxıl məhsulları istehsal edirlər. Əvvəllər 26, 29 milyon ton buğda istehsal edən Qazaxıstan indi 16 milyon ton buğda istehsal edir. Bu da onlarda məhsuldarlığın aşağı səviyyədə, məhsulun maya dəyərinin isə yüksək olduğunu göstərir. Qazaxıstan əvvəlki illərdən daha az buğda istehsal edir və yalnız qonşu ölkələrə taxıl idxal edə bilir.

Vahid Məhərrəmli: “Həlik Azərbaycanda taxıl ehtiyatı ilə bağlı problem görünməsə də, gələcəkdə bu problem ola bilər. O üzdən də bu sahəyə diqqət artırılmalıdır”.

Dünyada elə bir ölkə yoxdur ki, Rusiya qədər tələbatından daha çox buğda istehsal etsin və ixrac haqda düşünsün. Yalnız Rusiya hər il təxminən 37 milyon ton buğdanı dünya bazarına çıxarırdı. Azərbaycanın idxal buğdasının 98.08 faizi isə Rusiyadan idxal olunur. Buna görə də deyə bilərik ki, buğda tələbatına görə Azərbaycan Rusiyadan tam asılıdır. Belə də deyə bilərik ki, ölkənin çörəyə olan təlabatı Rusiyadan asılı vəziyyətdədir. Bu səbəbdən də ölkədə çörəyin qiymətinin artması gözləniləndir.

Qeyd edim ki, əgər Azərbaycanın idxal etdiyi buğdada problem yaransa, özünün istehsal etdiyi, yəni keyfiyyəti aşağı olan buğdadan çörək bişirmədə istifadə etməyə başlasa, o zaman heyvandarlıq sahəsi çökəcək. Bu da yerli ət və süd məhsulalrında qıtlığa səbəb olacaq. Həm bu sahədə ciddi ciddi problemlər yaranacaq, həm də qiymətlər kəskin artacaq. Ona görə də hökümət taxıl ehtiyatlarının kifayət qədər olması üçün hər şeyi etməlidir. Həlik Azərbaycanda taxıl ehtiyatı ilə bağlı problem görünməsə də, gələcəkdə bu problem ola bilər. O üzdən də bu sahəyə diqqət artırılmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay