Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ ermənilərinin hazırkı vətəndaşlıq vəziyyətləri...

Azərbaycanın Qarabağ ermənilərini öz ərazilərindən çıxarması üçün qanuni hüququ varmı?

Beynəlxalq hüquq üzrə mütəxəssis: “Faktiki olaraq Qarabağda yaşayan ermənilərdə öz vətəndaşlıq vəziyyətlərini düzəltməlidirlər. Yəni ya Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda yaşamağa davam etməlidirllər, ya da Azərbaycanı tərk edib vətəndaşı olduqları Ermənistana getməlidirlər. Bu məsələyə beynəlxalq və yerli hüquqda başqa baxış yoxdur”.

“İşğal faktoru, işğalçı dövlətə işğal olunmuş ərazi üzərində suverenlik hüququ vermir. Beynəlxalq hüquqda ölkə əldə etmənin qanuni və qanunsuz yolları var”.

Bu sözləri Beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova Qarabağ ermənilərinin hazırkı vətəndaşlıq vəziyyətlərini PİA.az-a şərh edərkən qeyd edib.

Bilirik ki, Qarabağ ermənilərinin hamısı Ermənistan pasportu daşıyırlar. Bu vəziyyət beynəlxalq və Azərbaycan qanunları ilə necə şərh edilə bilər. Azərbaycanın başqa ölkənin vətəndaşlarını öz ərazilərindən çıxarması üçün qanuni hüququ varmı? Ümumiyyətlə, Qarabağ ermənilərinin hazırkı vətəndaşlıq vəziyyətlərini necə dəyərləndirmək olar? Digər tərəfdən, beynəlxalq hüquqa görə Ermənistanın Azərbaycan vətəndaşlarına pasport verməklə Azərbaycan ərazilərinə rəsmi olaraq iddia ilə irəli sürürmü?

Mövzunu PİA.az-ın əməkdaşı beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Ermənistan hər nə qədər Dağlıq Qarabağ ərazisini işğal etmədiyini, orada yaşayan ermənilərin öz müqəddəratını təyin etmə prinsipinə əsaslanaraq müstəqillik elan etdiklərini irəli sürsələr də, baş verənlər tam olaraq işğal və ilhaqdır”.

Hazırda işğal olunmuş ərazilərin böyük hissəsinin geri qaytarıldığı üçün dolayısıyla ilhaqa da son verilmiş sayıldığını vurğulayan mütəxəssis PİA.az-a açıqlamasında qeyd edib ki, bu səbəbdən də, Azərbaybaycan ərazisində yaşayan Ermənistan vətəndaşları məcburi mübadilə obyekti ola bilər:

“İlk öncə onu qeyd edim ki, işğal beynəlxalq hüquqda ərazinin hərbi nəzarətə götürülməsi kimi başa düşülür. Yəni, işğal müvəqqəti statusdur, işğalçı dövlətin işğal olunmuş əraziyə effektiv nəzarət tətbiq etməsidir. İşğal faktoru, işğalçı dövlətə işğal olunmuş ərazi üzərində suverenlik hüququ vermir. Beynəlxalq hüquqda ölkə əldə etmənin qanuni və qanunsuz yolları var. Hərbi gücə əsaslanan torpaq əldə etmə üsulları qəbul edilməzdir. BMT Nizamnaməsinin 2(4) maddəsində də təsbit olunduğu kimi, “hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq etməklə bağlı hədələmək qəbuledilməzdir”.

Yalnız sahibsiz torpaqlar (lat. terrae nullius) müəyyən şərtlərlə işğal oluna bilər. Məsələn, heç bir dövlətin suveren ərazisi olmayan, əhali yerləşməmiş boş ərazilər və ya adalar və s. Bu səbəbdən də, hər hansı bir ölkənin ərazisi hərbi güclə işğal olunduqdan sonra həmin ərazi üzərində suverenlik hüququ işğalçı dövlətə keçmir.

İşğalçı dövlət nəinki ərazidə yaşayan vətəndaşların vətəndaşlıqlarını, hətda işğal olunmuş ərazilərdəki məhkəmə sistemini, qüvvədə olan qanunları belə dəyişdirə bilməz. Ancaq təəssüf ki, təcrübədə əks hallarla sıx-sıx rastlaşırıq. Məlumdur ki, Krım, Osetya, Abxaziya, Dnestryanı Moldova Respublikası kimi ərazilərdə vətəndaşlara Rusiya pasportları verilib, həmçinin həmin ərazilərdə rus rublu tədavüldədir. Bir ərazinin suverenliyi dəyişdikdə yalnız həmin ölkədə yaşayan insanların vətəndaşlıq statusu dəyişə bilər. Bu da onu göstərir ki, işğalçı dövlətlər yalnız effektiv nəzarətlə yetinmirlər həm də, ərazini ilhaq (işğal edilmiş ərazini öz ölkəsinə birləşdirmə) edirlər.

Vüsalə Əhmədova: “Ermənilərin özlərinin elan etdiyi hansısa statusa gəlincə isə, bu status nə beynəlxalq qanunda, nə də yerli qanunda tanınmır”.

Ermənistan tərəfi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “bütün xalqların öz müqəddəratını təyin etmə” prinsipini irəli sürür. Bu prinsip, 1960-cı il tarixli “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyyannamədə və 1970-ci il tarixli “Beynəlxalq hüquq prinsipləri haqqında” Bəyannamədə öz əksini tapıb.

Hər iki bəyannamə, müstəqillik əldə etmiş dövlətlərin daxilindəki müəyyən qruplara ayrılma hüququ verməməkdədir. Suveren dövlətlərin tərkibindəki xalqlar tərəfindən “öz müqəddəratını təyinetmə hüququ”, yalnız bu dövlətlərin ərazi bütövlüyü daxilində istifadə edilə biləcəyi bildirilir. “Birtərəfli ayrılma” həm ölkənin daxili qanunvericiliyinə, həm də beynəlxalq hüququa ziddir. Bu baxımdan deyə bilərik ki, Ermənistan hər nə qədər Dağlıq Qarabağ ərazisini işğal etmədiyini, orada yaşayan ermənilərin öz müqəddəratını təyin etmə prinsipinə əsaslanaraq müstəqillik elan etdiklərini irəli sürsə də, baş verənlər tam olaraq işğal və ilhaqdır.

Bilirsiz ki, vətəndaşlığa sahib olma əsas insan hüquqlarından biridir. Bu baxımdan, Avropa Şurasına üzv dövlətlər arasında 6 noyabr 1999-cu ildə “Avropa Vətəndaşlıq Konvensiyası” imzalanıb. Konvensiya dövlətlərin varisliyi zamanı vətəndaşlığın müqavilə ilə tənzimlənməsini nəzərdə tutur. Eyni zamanda Konvensiya, ilhaq edilmiş ölkələrin vətəndaşlarına da, keçmiş vətəndaşlıqlarını saxlamaq və ya ərazini ilhaq etmiş ölkənin vətəndaşlığını qəbul etmək üçün dolayı yolla da olsa, fakultativ hüquq verir.

İstər beynəlxalq hüquqda, istərsə də daxili qanunvericilikdə başqa ölkə vətəndaşlarını ölkədən deportasiya etmə hüququ mövcud deyil. Burada başqa bir məqam var. Hazırda işğal olunmuş ərazilər geri qaytarıldığı üçün dolayısıyla ilhaqa da son verilmiş sayılır. Bu səbəbdən də, ərazidə yaşayan Ermənistan vətəndaşları məcburi mübadilə obyekti ola bilər. Təbii ki, tərəflər öz aralarında bağlayacaqları razılaşma ilə vətəndaşlıqla bağlı ümumi qaydaların əksinə də qərar verə bilərlər.

Bu vəziyyətin beynəlxalq təcrübədə iki şəkildə təsbit olunduğu görünür. Onlardan biri, suverenlik dəyişikliyinə məruz qalmış ərazidə yaşayan insanlara vətəndaşlıqlarını seçmək hüququnun tanınmasıdır. Yəni, bu vəziyyət iki cür şərh oluna bilər. Ya ərazidə yaşayan insanların yaşadıqları ölkənin vətəndaşlığını qəbul edərək orada yaşamaya davam etmələridirlər, ya da mövcud vətəndaşlıqlarında qalaraq köçə məcbur edilmələridirlər.

Faktiki olaraq Qarabağda yaşayan ermənilərdə bu baxımdam öz vətəndaşlıq vəziyyətlərini düzəltməlidirlər. Yəni ya Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda yaşamağa davam etməlidirllər, ya da Azərbaycanı tərk edib vətəndaşı olduqları Ermənistana getməlidirlər. Bu məsələyə beynəlxalq və yerli hüquqda başqa baxış yoxdur.

Ermənilərin özlərinin elan etdiyi hansısa statusa gəlincə isə, bu status nə beynəlxalq qanunda, nə də yerli qanunda tanınmır.

Nərminə UMUDLU
pia.az


Etiket: Ermənilər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar