Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabil Hüseynli: Makron Azərbaycanla Ermənistan arasında əsas maneəyə çevrilib...

Dünən Emmanuel Makronun Parisdə Ermənistan Baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlər Fransa prezidentinin bir daha həddini aşdığını göstərdi...

Politoloq: “Makronun fransızları axmaq yerinə qoyaraq karyerasını qurduğunu söyləsəm yenə də azdır. Onun adi siyasi etikası belə yoxdur”.

“Makron açıq-aşkar Azərbaycana meydan oxuyur və Azərbaycanı hədələyir. Başıboş Nikol Paşinyan da onun yanında tula kimi fırlanır”.

Bu sözləri politoloq Qabil Hüseynli dünən Fransa prezidentinin Azərbaycanı hədələnməsini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Fransa prezidenti Emmanuel Makronun Parisdə Ermənistan Baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını necə dəyərləndirmək olar? Ümumiyyətlə, Azərbaycanla Fransa arasında münasibətlərin əvvəlki halına gəlməsini mümkündür və iki ölkə münasibətlərində bundan sonrakı mərhələdə gözlənti nədir?

Fransa-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Makron nümayişkaranə şəkildə Azərbaycanı hədəfə götürüb. Bu da əxlaqsızlığın, tərbiyəsizliyin ən yüksək mərhələsidir”.

Dövlətlərin münasibətlərinin müəyyən yaxınlaşması və pisləşməsiı dövrlərinin olduğunu nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Makrondan sonra Fransa-Azərbaycan münasibətlərində isnişmənin olacağına ümid ütdiyini bildirib:

“Fransa prezidentinin başı xarabdır, desəm azdır. Bu adamın böyük bir ölkənin prezidenti olmasının necə baş verdiyini başa düşə bilmirəm. Makronun fransızları axmaq yerinə qoyaraq Karyera qurduönuı söyləsəm yenə də azdır. Onun adi siyasi etikası belə yoxdur. Makron açıq-aşkar Azərbaycana meydan oxuyur və Azərbaycanı hədələyir. Başıboş Nikol Paşinyan da onun yanında tula kimi fırlanır.

Dünya yeni sivilizasiyaya doğru gedir, millətlərarasındakı münasibətlərin düzəldilməsi üçün səylər göstərilir. Makron və Paşinyan isə dünyaya narazılıq toxumları səpməklə məşğuldurlar. Makron özünü dünya dövlətin başçısı hesab edir. Amma dünya dövlətin başçısı daha müdrik, ağıllı olmalıdır, tərəf tutmamalıdır. Ən azından açıq formada tərəf tutduğunu bildirməməlidir. Amma Makron nümayişkaranə Azərbaycanı hədəfə götürür. Bu da əxlaqsızlığın, tərbiyəsizliyin ən yüksək mərhələsidir.

Qabil Hüseynli: “Azərbaycanın Ermənistanla münasibətləri düzələn kimi, Fransa ilə də münasibətlər yavaş-yavaş düzəlməyə başlayacaq”.

Azərbaycanla Fransa əlaqələrinin əvvəlki hala gəlməsi, ki mən bunu ehtiyyatla deyirəm, mümkündür. Bunun üçün birinci Ermənistanla sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın Ermənistanla münasibətləri düzələn kimi, Fransa ilə də münasibətlər yavaş-yavaş düzəlməyə başlayacaq. O zaman da Fransada Makron yox, ondan daha ağıllısı prezident olacaq. Makron hakimiyyətdən getdikdən sonra da Azərbaycan-Fransa münasibətlərində bir isnişmə ola bilər. Lakin nə qədər ki, Makron Azərbaycanla Ermənistan arasında əsas maneə olaraq qalır, bu mümkün olmayacaq.

Qeyd edim ki, dövlətlərarası münasibətlər həmişə pislik və qarşıdurma zəmində inkişaf etmir. Dövlətlərin münasibətlərinin müəyyən yaxınlaşması yaxşılaşması dövrü də olur. Ümid edək ki, bu Fransa-Azərbaycan münasibətlərində də baş verə bilər. Ən azından Makron prezidentlikdən gedəndən sonra və yeni gələn adam məsələlərə daha ayıq, daha adil gözlə baxmağa başlaya bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar