Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin heç vaxt əsir götürmür...

Qərb siyasətçiləri, ekspertləri və mənbələri Priqojinin təyyarəsinin qəzasını necə izah edirlıər...

Yevgeni Priqojinin vurulan təyyarəsi ilə bağlı xəbərləri şərh edən Qərb siyasətçiləri, mənbələri və ekspertləri öz qiymətləndirmələrində demək olar ki, yekdildir: Priqojinin ölümündə söhbət Rusiya hakimiyyətinin və şəxsən Vladimir Putinin iştirak etdiyi sui-qəsd cəhdindən gedir.

Poliqon “Aqentstvo” nəşrinə istinadən xarici mətbuatında Qərb siyasətçinlərinin və ekspertlətininsəsləndirdikləri fikirlərin əsas xüslasələrini təqdim edir.

Rusiyada Putinin iştirakı olmadan çox az şey baş verir. Son olanlarla bağlı cavabı bilmək üçün isə kifayət qədər məlumatım yoxdur”, deyə ABŞ prezidenti Co Bayden bildirib. Qeyd edək ki, hələ iyul ayında, “Vaqner” üsyanından sonra Bayden demişdi ki, Priqojinin yerində olsa, yeməyinə çox diqqət edərdi.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Eydrienn Uotson qəza ilə bağlı ilk xəbərlərin ortaya çıxmasından sonra deyib ki, əgər sui-qəsd təsdiqlənərsə, heç kəs təəccüblənməməlidir.

Adının açıqlanmasını istəməyən Qərb rəsmisi Financial Times nəşrinə bildirib ki, sərəncamında olan məlumata görə, Priqojinin təyyarəsi hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. O, Priqojinin təyyarədə olduğunu təsdiqləyə bilməyib, lakin əlavə edib: “Putin heç vaxt əsir götürmür”.

Mərkəzi Avropadan olan diplomat Politico nəşrinə deyib ki, qəza açıq siqnal kimi görünür. “Rejim ona qarşı çıxan hər kəsi aradan qaldırılmalıdır”, deyə diplomat bildirib.

Nəşrlə danışan başqa bir diplomat əlavə edib ki, Priqojinin üsyandan sonra sağ qalmaq şansı mümkünsüzdür. Qərbi Avropadan olan diplomat nəşrlə söhbətində deyib ki, Priqojin o, iki aydır “gəzən ölü” olub.

Analitiklər və kənar müşahidəçilər də Rusiya hakimiyyətinin təyyarə qəzasında iştirakına meyllidirlər. Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) yazır ki, Vladimir Putin demək olar ki, rus komandirlərinə təyyarəni vurmağı əmr edib. ISW qeyd edir ki, bu, “Vaqner” üsyanından sonra Putinin hakimiyyətini geri qaytarmaq və alçaldılmasının qisasını almaq üçün açıq intiqamdır.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol qeyd edib ki, Priqojin Rusiyada populyardır və Priqojini öldürmək əmrini məhz Putin verib. Keçmiş diplomat qeyd edib ki, “Vaqner” üsyanı kimi bir hadisə yəqin ki, Rusiyada bir daha olmayacaq.

Bloomberg qeyd edir ki, hətta uçuşlar zamanı iki təyyarədən istifadə etməsi də ÖHŞ-nin qurucusunun Priqojinə kömək etmədi.

Flightradar24 xidməti isə təyyarə qəzası ilə bağlı ətraflı hesabat dərc edib. Bu hesabat reaktivin hündürlüyü itirməyə başladığı son 30 saniyəyə qədər heç bir problem göstərmədiyini göstərir. Xidmətin sözçüsü Yan Petçenik, “Nə baş verdisə, tez baş verdi”, deyərək qəzanı şərh edib.

Hesabata görə təyyarə Moskva vaxtı ilə saat 17:46-da uçuş haqqında məlumat ötürməyə başlayıb və 18:20-yə qədər bu davam edib. Son 32 saniyədə təyyarə qısa müddətə düşməyə başlayıb, sonra uçuş zamanı maksimum 9,17 km hündürlüyə qalxıb, daha sonra 8,38 km-ə enib, 8,93 km-də bərabərləşib, bundan sonra kəskin şəkildə yerə düşüb.

Priqojinin “Embraer Legacy” biznes-jeti Tver vilayətində, Vladimir Putinin Valdaydakı iqamətgahından 50 km aralıda qəzaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə 10 nəfər olub, onların hamısı həlak olub. Federal Hava Nəqliyyatı Agentliyi reysdə olan sərnişinlərin siyahısını dərc edib: onların arasında Priqojin və Vaqner ÖHŞ-nin komandiri Dmitri Utkin də var.

Media mənbələri və teleqram kanalları Priqojinin təyyarədə olduğunu bildirib. Agentliyin bir iş adamının əhatəsində olan mənbəsinin sözlərinə görə, Priqojin Afrikadan qayıdırdı və biznes təyyarəsinə yalnız Moskvada köçürdü.

“Kommersant”ın söhbət etdiyi qəzanın təhqiqatı sahəsində ekspertlərin fikrincə, qəzaya səbəb təyyarənin quyruq hissəsində baş verən və ondan qopmuş partlayış ola bilər.

Eyni zamanda, qəzaya uğrayan təyyarənin fotosunda görünən gövdə və qanadlardakı dəliklər, həmçinin hissələrin uzaq məsafəyə dağılması təyyarənin raketlə vurulmasının mümkünlüyünü də ortaya qoyur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Ən çox oxunanalar